Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo komandanın 2026-cı il dünya çempionatının qrup mərhələsində mübarizəni dayandırmasına görə ölüm təhdidləri alır.

“Actu Foot” nəşrinin yaydığı məlumata görə, sosial şəbəkə istifadəçilərindən biri özünü ABŞ vətəndaşı kimi təqdim edərək bəyanat paylaşıb və məşqçi Cənubi Koreya hava limanına qayıdanda onu öldürmək niyyətində olduğunu bildirib.

Qeyd olunur ki, Koreya polisi artıq ölüm təhdidləri faktı ilə bağlı araşdırmalara başlayıb və Hon Myon Bonun olacağı bir neçə məkanı, o cümlədən hava limanını nəzarətə götürüb. Təhdidlərdə şübhəli bilinən şəxs fəal şəkildə axtarılır.

Shares: