“Nyukasl” iki əsas oyunçusunu menecerlər vasitəsi ilə “Arsenal”a təklif edib. İngiltərə mətbuatının yazdığına görə, “sağsağanlar”  aparıcı yarımmüdafiəçilərini yüksək qiymətə satıb nisbətən gənc heyət qurmaq istəyir.

Bir neçə klubun maraq göstərdiyi, amma heç kimin haqqında yekun qərar vermədiyi Sandro Tonalidən “Arsenal” da imtina edib. Bunun səbəbi “Nyukasl”ın tələb etdiyi transfer məbləği deyil. Londonluları Tonalinin həftəlik 275 min funt-sterlinq maaş tələbi və 10 faiz menecer haqqı istənilməsi qane etməyib. Bu səbəbdən transferlə bağlı danışıqlara gərək qalmayıb.

Əvəzində Bruno Gimaraeş transferi baş tuta bilər. “Arsenal” onun üçün 45 milyon avro ödəmək haqqında düşünür. Hazırda Braziliya yığmasının düşərgəsində olan yarımmüdafiəçinin şəxsi tələbləri bəlli olduqdn sonra qərar veriləcək.

Shares: