96 yaşlı ABŞ vətəndaşı Şirli DÇ-2026 zamanı futbolçuların qaldığı oteldə Fransa millisi ilə ünsiyyətdə olub və oyunçulardan hədiyyələr alıb.
Şirli hər səhər Didye Deşamın komandasının məşqə getməsini görmək üçün Bostonun “Four Seasons” otelinin girişinə düşür.
“Mənə Kilian Mbappenin formasını hədiyyə etdilər. O dedi ki, əgər qalib gəlsələr, formanı mütləq imzalayacaq və o zaman bu forma bir sərvət dəyərində olacaq! Mən bu komandaya sadəcə heyranam! Təşəkkür edirəm! Səmimi qəlbdən təşəkkürümü bildirirəm. Bu, gözəl bir insandan və gözəl bir ölkədən möhtəşəm bir hədiyyədir. Mənə diqqət ayırdıqları üçün böyük şərəf hissi duyuram”, — deyə “RMC Sport”un aldığı müsahibə zamanı Şirli bildirib.
