Futbol üzrə dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, 1/16 final mərhələsinin növbəti oyununda Braziliya və Yaponiya yığmaları qarşılaşıblar.
Hyuston stadionunda keçirilən matçda Cənubi Amerika təmsilçisi 2:1 hesablı əzmkar qələbəyə sevinib.
Görüşdə hesabı yaponlar açıblar. 29-cu dəqiqədə Kaysyu Sano fərqlənib. Lakin ikinci hissədə toparlanan “sambaçılar” Kazemiro (56) və Qabriel Martinellinin (90+5) qolları ilə qələbəni bayram ediblər.
