“Sabah” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda ÇL-in 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS kollektivinin qonağı olacaq.
Bu komandalar arasında ilk oyun Masazırda keçirilib və “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu üzdən Azərbaycan çempionuna mərhələ adlamaq üçün hətta heç-heçə də kifayət edəcək.
Cavab görüşünü İsraildən olan hakimlər briqadası edəcək.
“Sabah” KuPS səddi keçsə, növbəti mərhələdə “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Rəqib “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu olacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
28 iyul
19:00. KuPS – Sabah
Baş hakim: Qal Leybovitz (İsrail).
Kuopio stadionu.
