“Qarabağ”ın sabiq futbolçusu Emmanuel Addaininin yeni komandası müəyyənləşib. Bir neçə tanınan klubla adı yanaşı çəkilən, hətta “Bolonya” ilə anlaşdığı deyilən yarımmüdafiəçi Belçikada qərar tutub.
Futbolinfo.az xəbər verir ki, yüksək liqa təmsilçisi “Leuven” 24 yaşlı qanalı cinah oyunçusunu heyətinə qatdığını açıqlayıb. Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Addai yeni komandasında 7 nömrəli formanı geyəcək.
Addai 2024-26-cı illərdə “Qarabağ”da oynayıb. Bu yay onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.
