“Qarabağ” UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 30-da Sofiya ÇSKA-sı ilə səfərdə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, Bakıda keçirilən ilk oyundakı qolsuz bərabərliyə baxmayaraq, mütəxəssislər hələ də cütün favoriti kimi “Qarabağ”ı göstərir.

Ağdam klubunun zəngin avrokubok təcrübəsi, keyfiyyətli heyəti və etibarlı müdafiəsi xüsusi vurğulanıb. Əvəzində ÇSKA-nın qol yollarında sıxıntı yaşadığı diqqətə çatdırılıb. Bolqarıstan klubu üçün yeganə üstünlük azarkeş dəstəyi olacaq: “Lakin Azərbaycan komandası belə təzyiqlərdən çox görüb. Ehtiyatlı ilk oyundan sonra qonaqlar daha aqressiv oynamaq və əsas vaxtda qələbə qazanmaq üçün yaxşı şansa malikdirlər”.

Mütəxəssislər yuxarıda sadalananları nəzərə alaraq, “Qarabağ”ın səfər qarşılaşmasında qələbəsini proqnozlaşdırıblar.

Qeyd edək ki, ÇSKA – “Qarabağ” oyunu Vasil Levski adına milli stadionda keçiriləcək.

Shares: