2026-cı il Qadınlar Milli Basketbol Assosiasiyasının (WNBA) Ulduzlar Oyunu tarixi göstərici ilə yadda qalıb.

Qarşılaşmanı 19783 azarkeş izləyib ki, bu da eyni il keçirilən MBA “All Star” matçının 15973 nəfərlik tamaşaçı sayını geridə qoyaraq basketbol tarixində ilk belə hadisə olub. Bununla yanaşı, Çikaqodakı “United Center” arenasında qeydə alınan bu nəticə WNBA Ulduzlar Oyununun yeni tamaşaçı rekordudur. Bununla da 2007-ci ildə qeydə alınan 19487 nəfərlik rekord yenilənib.

Yeri gəlmişkən, oyunun ən dəyərli basketbolçusu (MVP) seçilən Conkvel Cons 22 xal, 13 ribaund və 8 məhsuldar ötürmə ilə fərqlənib. “Nyu-York Liberti”nin üzvü olan Cons bununla da WNBA tarixində müntəzəm mövsümün, finalın, Komissar Kubokunun və Ulduzlar Oyununun MVP mükafatlarını qazanan ilk basketbolçu, həmçinin Ulduzlar Oyununun MVP-si seçilən ilk legioner olub.

Qeyd edək ki, Baham adalarında doğulan Cons Bosniya və Herseqovina millisinin formasını geyinir.

Shares: