“Netflix” futbol tarixinin ən titullu məşqçilərindən biri olan Joze Mourinyo haqqında üçseriyalı sənədli filmin ilk treylerini təqdim edib.
Sənədli filmdə Mourinyonun özü ilə yanaşı, Ser Aleks Ferqyuson, Con Terri, İker Kasilyas, Zlatan İbrahimoviç, Didye Droqba, Marselo, Samuel Eto’o, Xavyer Zanetti, Frenk Lempard, Petr Çex və dünya futbolunun digər tanınmış simaları da yer alıblar.
Filmin dünya premyerası avqustun 11-də baş tutacaq.
