“Xankəndi” Futbol Klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi Vüsal Şabanovla mövsümün sonuna kimi müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiperin son iş yeri “Səbail” olub.
Xatırladaq ki, “Xankəndi” daha öncə Rəhman Şabanovla da anlaşdığını açıqlamışdı.
