“LANDAU Lions” klubu Azərbaycan basketbol millisinin üzvü Saadettin Donatı heyətinə qatıb.

Bu barədə Futbolinfo.az-a paytaxt təmsilçisindən məlumat verilib.

S.Donatla 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, “LANDAU Lions” buna qədər Ceyms Freyzer ilə 2, Orelik Gediminas, De Ondre Ceksonla daha 1 mövsümlük müqavilə bağlayıb.

Komanda Çempionlar Liqasına hazırlıq məqsədilə avqustun əvvəlində bir araya gələcək.

Shares: