Rusiyanın Primorye vilayətini təmsil edən “Dinamo” basketbol klubunun prezidenti və baş məşqçisi Eduard Sandler hidrosiklet qəzasında həlak olub.

Hadisə Vladivostokda baş verib. Sandlerin idarə etdiyi hidrosiklet bəndə çırpılıb və ya qayalara dəyib. O, təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər həyatını itirib.

Sandler peşəkar məşqçilik karyerasına 2014-cü ildə “Spartak-Primorye” klubunda başlayıb. Debüt mövsümündə pley-offa səkkizinci pillədən yüksələn komandanı Superliqanın gümüş, Rusiya Kubokunun isə bürünc medalına daşıyıb. 2023-cü ildə “Dinamo” basketbol klubunun baş məşqçisi təyin olunan mütəxəssis, 2023/2024 mövsümündə komandaya tarixində ilk Superliqa çempionluğunu qazandırıb.

Baş məşqçi kimi Sandler Superliqa və Rusiya Kubokunda ümumilikdə 209 rəsmi oyuna çıxıb və bunların 144-də (69 faiz) qələbə qazanıb. O, 2016 və 2024-cü illərdə Superliqanın ikiqat çempionu olub, həmçinin 2016, 2018 və 2026-cı illərdə üç fərqli komanda ilə müntəzəm çempionatı qazanan yeganə rusiyalı baş məşqçi kimi tarixə düşüb.

Qarşıdakı mövsümdə Primorye “Dinamo”su VTB Vahid Liqasında mübarizə aparacaqdı. Sandler yeni mövsümdə də komandanın baş məşqçisi kimi fəaliyyət göstərməli idi.

Shares: