“Kəpəz” transfer çalışmalarını davam etdirir. Gəncə təmsilçisi heyətini daha bir yerli futbolçu ilə gücləndirib.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, Premyer Liqa klubu Rafael Məhərrəmli ilə mövsümün sonunadək müqavilə imzalayıb. Tərəflər arasında razılıq artıq əldə olunub və transferin bu gün klub tərəfindən rəsmən açıqlanacağı gözlənilir.
Ötən mövsüm “Şamaxı”nın formasını geyinən 25 yaşlı müdafiəçi daha əvvəl “Qarabağ”, “Zirə” və “Səbail”in də uğurları üçün çalışıb.
GÜNAY SÜLEYMANOVA
