Basketbol üzrə Avroliqada isə 2026/07 mövsümünün təqvimi açıqlanıb.

Müntəzəm çempionatda açılış matçı sentyabrın 24-də keçiriləcək. Son turun oyunları isə 2027-ci il aprelin 15-16-da oynanılacaq. “Dördlər finalı”  mayın 28-30-da keçiriləcək.

İlk oyun günündə “Srvena Zvezda” – “Jalgiris”, “Dubay” – “Real Madrid”, “Hapoel Təl-Əviv” – “Bayern”, “Barselona” – “Anadolu Efes”, “Baskoniya” – “Olimpiakos” qarşılaşmaları baş tutacaq. Növbəti gün isə ASVEL – “Makkabi” (Təl-Əviv), “Panatinaikos” – “Paris”, “Beşiktaş” – “Valensiya”, “Fənərbağça” – “Virtus Bolonya” və “Partizan” – “Olimpiya Milano” matçları keçiriləcək.

Xatırladaq ki, ötən mövsüm Avroliqada “Olimpiakos” çempion olmuşdu.

Shares: