İtaliyanın “Napoli” klubu kapitanı və müdafiəçisi Covanni Di Lorenso ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Di Lorenso 2019-cu ildən “Napoli”nin formasını geyinir.

İtaliyalı oyunçu klubun heyətində 307 oyun keçirib, 20 qol vurub və 42 məhsuldar ötürmə edib.

Shares: