Premyer-liqa
Nahid Əliyev: “Kardozoya ingilis dilində iki söz dedim”
Ötən gün Topaz Premyer Liqasının 3-cü turunun təxir…
Ötən gün Topaz Premyer Liqasının 3-cü turunun təxirə salınmış AZAL – “Neftçi” oyunundan sonra maraqlı hadisə yaşandı. Futbolinfo.az xəbər verir ki, qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatan görüşün sonunda “Neftçi”nin müdafiəçisi Karlos Kordozo oyunun yan xətt hakimi Nahid Əliyev tərəfindən söyüldüyünü iddia etdi. Məsələ ilə bağlı Əliyevin fikrini də öyrəndik. Nahid bəy sadəcə, ötən gün Kardozonu sakitləşdirmək niyyətində olduğunu bildirdi.
“Belə bir hadisənin olması mümkün deyil, ola da bilməz. Hansı hakim aqressiv olan futbolçunu söyər? Gərgin keçən oyunda bu, nə dərəcədə düzgündü? Hansı hakim başına iş açmaq istəyər? Əksində oyunun sakit keçməsinə, söz-söhbətin olmamasına çalışırıq. Kardozo azərbaycanca bilmədiyini deyir, həm də mənim onu öz dilimizdə söydüyünün bildirir. Bilmirsənsə, söydüyümü necə başa düşmüsən? Sadəcə olaraq, Kardozoya ingilis dilində iki söz dedim: “danışma, oynayırıq”. Futbolçu çox etiraz edirdi. O, aut atanda ona dedim ki, keç arxadan at. Gördüm ki, nəsə danışır. Mən də dedim ki, danışma, sakit ol. Uca səslə dedim ki, məni eşidib, sakitləsin. Mən onu sakitləşdirməyə çalışırdım. Onu söysəm, mikrafonla digər hakimlər də eşidərdi. Belə bir şey mümkün deyil. Hakimin futbolçunu söyməsi doğru deyil”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”