Premyer-liqa
AZAL-da forma qıtlığı: hədiyyə etdi, sonra geri aldı
Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış AZAL…
Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış AZAL – “Neftçi” (0:1) matçında maraqlı hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın sonunda “ağ-qaralar”ın braziliyalı futbolçusu Flavinyo ilə “təyyarəçilər”in müdafiəçisi Xuanfran Qarsiya diqqət mərkəzinə düşüb.
Belə ki, futbolçular matç başa çatdıqdan sonra bir-birinə formalarını hədiyyə etdilər. Amma Şüvəlan təmsilçisinin ispaniyalı müdafiəçisi soyunub-geyinmə otağından çıxdıqdan sonra Flavinyodan ona hədiyyə etdiyi formanı geri qaytarmasını xahiş edib. Braziliyalı yarımmüdafiəçisi isə öz növbəsində onun bu anlaşılmaz xahişini yerinə yetirdi.
Məsələ ilə bağlı AZAL-ın futbolçusunun fikrini öyrənəndə formanı geri almasını klubdan bildirildiyini söylədi. Çünki növbəti matçda onun meydana çıxması üçün əlavə forması olmayacaqdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”