Ölkə futbolu
Nikolov da baş katibə cavab verdi
AFFA-nın baş katibi Elxan Məmmədovun yerli mətbuata müsahib?…
AFFA-nın baş katibi Elxan Məmmədovun yerli mətbuata müsahibəsində "İnter" və “Simurq” klubu arasında keçirilən oyunlarla bağlı səsləndirdiyi fikirlər ətrafında müxtəlif mülahizələrə yer verilir. Futbolinfo.az xəbər verir ki, "İnter"in prezidenti Georgi Nikolov klubu ilə bağlı səslənən fikirlərə münasibət bildirib:
“AFFA-nın baş katibi Elxan Məmmədovun “Fair Play” prinsiplərini nəzarət altında saxlanmasını doğru hesab edirik və alqışlayırıq. Amma Azərbaycan Çempionatı çərçivəsində keçirilmiş ədalətli oyun prinsiplərinə sığmayan qarşılaşmalara “İnter”-“Simurq” matçlarını nümunə göstərilməsini doğru hesab etmirik. Zaqatala təmsilçisi ilə keçirilən son oyunların statistikası bu iki komanda arasında baş tutmuş oyunların nəticələrinə əsasən daha çox itirən komandanın məhz “İnter” olduğunu təsdiqləyir. “İnter” klubu həmişə “Fair Play” qaydaları çərçivəsində fəaliyyət göstərmiş və bundan sonra da ədalətli futbol prinsiplərinə uyğun addımlar atacaq”.
(Klub saytı)
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir