Dünya futbolu
“Mançester Siti”nin İsko planı
"Mançester Siti" bu yay yarımmüdafiə xəttind?…
"Mançester Siti" bu yay yarımmüdafiə xəttində bəzi dəyişikliklər etmək fikrindədi. Futbolinfo.az xəbər verir ki, "şəhərlilər" Madrid "Real"ının yarımmüdafiəçisi İskonu transfer etmək istəyir.
İngiltərə klubu 22 yaşlı futbolçunu hələ "Malaqa"da oynadığı vaxtlarda bəyənirmiş. Ancaq həmin vaxt İsko İspaniya nəhənginə keçməyi üstün tutmuşdu.
Bu transferin reallaşmasında maliyyə "fair-play" qaydaları problem yarada bilər. Çünki Mançester təmsilçisi İskonu almaq üçün öz futbolçularından birini satmalıdı. Yerli mətbuatın yazdığına görə, həmin oyunçu Samir Nəsri olacaq. Fransalı futbolçu "Yuventus"un transfer siyahısındadı.
Qeyd edək ki, İsko cari mövsüm İspaniya La Liqasında 23 oyun keçirib və 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”