Premyer-liqa
AFFA Ağabala Ramazanovun cəzasını açıqladı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 24-cü turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
Belə ki, “Qarabağ”la oyunda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“İnter” – “Simurq” matçının 88-ci dəqiqəsində qonaq komandanın futbolçusu Marko Stanojeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat məbləğində cərimə kəsilib.
“Xəzər Lənkəran” – “Bakı” matçının 90+1-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Ağabala Ramazanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Həmin oyunun 90+3-ci dəqiqəsində “Bakı”nın futbolçusu Pelagias Giorgiosun ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba siə 200 manat məbləğində cərimə kəsilib.
(pfl.az)
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”