Dünya futbolu
"Onlar çirkin olduqları üçün "Real"dan göndərildilər"
"Barselona"nın köməkçi futbol direktoru Karles…
"Barselona"nın köməkçi futbol direktoru Karles Reksaç maraqlı açıqlamalarla yadda qalıb. Futbolinfo.az xəbər verir ki, o, Anhel di Mariya və Visente Del Boskenin çirkin olduqları üçün "Real"dan gönərildiklərini iddia edib:
"Florentino Peres beynəlxalq brend satır. Toni Kroos və Xames Rodriqeslə müqayisədə, Di Mariyayla Del Boske "Real" üçün çox çirkin idilər". O, əlavə edib ki, Madrid klubu marketinq gəlirlərini düşünərək futbolçu və məşqçilərdə xarici görünüşə böyük önəm verir.
Qeyd edək ki, Del Boske 1994, 1996 və 1999-2003-cü illər aralığında "Real"ı çalışdırıb. Di Mariya isə 2010-2014-cü illərdə kral klubunun şərəfini qoruyub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”