Ölkə futbolu
"Qarabağ"da bir ulduz yetişir…
Rauf Əliyev, Əfran İsmayılov, Maksim Medvedev, Qara Qarayev kimi y…
Rauf Əliyev, Əfran İsmayılov, Maksim Medvedev, Qara Qarayev kimi yığma üzvlərinin ölkə futboluna qazandırılmasında “Qarabağ”ın rolu danılmazdı. Adıçəkilənlər Ağdam təmsilçisinin yetişdirdiyi son futbolçular olmayacaq. “Qarabağ”da ölkə miqyasında ulduz hesab ediləcək daha bir futbolçu yetişir. Bu, İbrahim Eyvaz oğlu Ağayardı.
27 aprel 2005-ci ildə Bakıda anadan olan İbrahim futbola yaşadığı Xutor qəsəbəsində asfalt üzərində, özündən 2-3 yaş böyük uşaqlarla oynamaqla başlayıb. Maraqlıdı ki, onun 6 yaşı olanda “Bakı” futbol klubuna müraciət edilib. Ancaq Ağayarın yaşının az olması və bu yaş qrupunda komandanın mövcud olmamasını əsas gətirərək onun valideynlərinin istəyi geri çevrilib.
2013-cü il iyun ayınında hazırda “Qəbələ”də çalışan məşqçi Elnur Çodarovun təklifi ilə “Mançester Yunayted” in yay futbol məktəbi seçmələrinə qatılan balaca İbo 1-ci seçilir. Elə bu zaman ona “Bakı”, “Neftçi” və “Qarabağ” kimi klublarımız maraq göstərməyə başlayır. Atası ilə məsləhətləşdikdən sonra İbrahim üçün doğru seçimin “Qarabağ” olması qənaətinə gəlinir.
Həmin vaxt “Qarabağ”ın futbol akademiyasının kordinatoru Sebahattin Tekinin də balaca futbolçuya dəstəyi böyük olub. O, daima belə istedadlı futbolçuya diqqət ayrılmasını dilə gətirib. Tekin belə istedadlı futbolçularla nadir hallarda rastlaşdığını gizlətməyib. 2013-cü ildən “Qarabağ”ın üzvü olan İbrahimə klub rəhbərliyi də xüsusi diqqət göstərir.
Əldə etdiyimiz məlumata görə, “Qarabağ”ın futbol akademiyasının indiki kordinatoru Jon van Leon da bu gəncin istedadına heyran olduğunu bilidirir. Hollandiyalı onun gələcəkdə Avropa səhnəsində çıxış edəcəyinə inanır. 10 yaşı olmasına baxmayaraq, “Qarabağ”ın U-11 komandasında çıxış edən İbrahim əsas heyət üzvlərindəndi. Pleymeker mövqeyində çıxış edən İbo meydanda 9 nömrəli forma altında mübarizə aparır.
EMİN SƏFƏROV
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”