Bizi izləyin

Müsahibə

Reqlament dəyişikliyi: Sadıqov izahat üçün söz tapmadı

İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsin…

blank
İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun futbolinfo.az saytına müsahibəsi:
– Demək olarmı ki, Vaqif Sadıqovun İcraiyyə Komitəsinə üzv seçilməsi onun məşqçilik karyerasını bitridi?
– Hər zaman bildirmişəm ki, mən məşqçi kimi də qalıram. Vəzifədən asılı olmayaraq, özümü məşqçi hiss edirəm. Birmənalı olaraq məşqçi karyeramı bitirmişəm demək düzgün çıxmaz.
– Nəzərə alaq ki, hər hansı bir kluba məşqçi təyin olunsanız İK-dan ayrılmalı olacaqsınız…
– İstər-istəməz bunu başa düşürük (gülür). Təki Vaqif Sadıqova ehtiyac duyulsun. Azərbaycan futboluna sadiq olan biri kimi əlimdən gələni etməyə hazıram.
– Yəni, Vaqif Sadıqov İcraiyyə Komitəsini məşqçiliyə qurban verə bilər?
– Mən vəzifə üçün çalışmıram. Ölkə futboluna xidmət etmək üçün fəaliyyət göstərirəm. Vəzifədən asılı olmayaraq, hər yerdə vicdanla çalışıram. Ən vacib olanı odur ki, harada Sadıqova təlabat var.
– İcraiyyə Komitəsinin sonuncu iclasında gənc futbolçuların maaşına limit qoyulması ilə bağlı qərar qəbul olundu. Maraqlıdı ki, iclasdan bir neçə gün öncə əyalətdə və paytaxtda çıxış edən oyunçuların maaşlarına fərq qoyulacağı müzakirə olunurdu. Ancaq qərarda hansısa fərqlilik görmədik.
– Belə qərara gəldik ki, əyalət və paytaxt klubları arasında fərq qoymayaq, hər kluba eyni gözlə baxaq. Peşəkar futboldan danışırıqsa, hansısa ayrıseçkilikdən söhbət gedə bilməz.
– Limit əvvəldən müqaviləsi olanlara, yoxsa bundan sonra sözləşmə imzalayan futbolçulara aid olacaq?
– Kimin əvvəldən müqaviləsi varsa, yeni qəbul olunan qərar ona aid deyil. Müqavilə müddəti başa çatdıqdan sonra bu qərar onlara da şamil olunacaq. İndiki durumda bundan sonra müqavilə imzalayacaqlardan söhbət gedir.
– Özünüz də çox gözəl bilirsiz ki, klublarda bir yox, bir neçə müqavilə mövcuddu. Konkret bu məsələyə nəzarət mexanizmi necə olacaq?
– İş burasındadı ki, həmin məsələ ilə bağlı müzakirə aparılıb. Qeyd olunub ki, buna əməl etməyənlər məsuliyyətə cəlb olunacaq, klublara və futbolçulara cəza kəsiləcək. Bunu başa düşən hansısa yola əl atmaz. Qərar çıxarmaqla deyil, bunu həyata keçirmək mexanizmi olmalıdı. Bu məsələyə hər birimiz cavabdehik – klubda çalışan da, AFFA rəhbərliyi də, biz məşqçilər də. Başqa müqavilə olmamalıdı. Qurtaraq da bu söz-söhbəti. Dünya futboluna inteqrasiya olunmuşuq. Artıq zamanın tələbinə cavab verə bilirik. Azərbaycan balaca ölkədi. Bunu heç vaxt gizlətmək olmayacaq. Gizlətməkdənsə, vicdanla çalışmaq lazımdı. Klub rəhbərləri də bilməlidi ki, bu, futbolumuzun naminədi. Bunu həyata keçirmək çox vacib məsələdi.
– Əlavə turnir məsələsi də gündəmə gəlib. Həmin turnirin mahiyyəti nədən ibarət olacaq?
– Bu yaxınlarda Rusiya mətbuatından oxumuşam. MOİK-in prezidenti bizim iki ay əvvl dediyimizi təsdiqləyir. Deyir ki, biz Avropa səviyyəli futbolçulara pul ödəyirik, amma orada nümayiş olunan oyundan qat-qat zəif çıxış edirik. Onlar 60-70, biz isə hardasa 40 matç keçirdirik. Dünya standartlarına uyğun futbol nümayiş etdirmək istəyiriksə, futbolçularımız milli komandanın oyunları ilə birlikdə 70-80 qarşılaşmada çıxış etməlidi. Biz də AFFA rəhbərliyi qarşısında belə bir tövsiyyə irəli sürmüşük ki, səviyyəli oyunların sayını artırmaq üçün əlavə turnirlərə ehtiyac var. Təkliflərin sayı çoxdu. Biz Avropa Liqasına vəsiqə qazanacaq klubların Prezident Kuboku uğrunda mübariə aparmasını istərdik. Hər bir turnirdə mükafat fondunun da olmasının tərəfdarıyıq. Çünki hansısa klub maddi durumunu da düzəldə bilər. Digər 6 komanda isə PFL və ya Liqa kuboku keçirə bilər. SOCAR kuboku da təşkil olunması tövsiyyə olunub. Bütün bunların hamısı tövsiyyə xarakterlidi. Biz PFL rəhbərliyi ilə bunu müzakirə edəcəyik. Ancaq hansısa turnirlə iş düzəlmir. Biz irəli getmək üçen çempionatın səviyyəsini artırmalıyıq.
– Əslində, maraqlı təklifə oxşayır. Sizə elə gəlmir ki… (sözümü kəsir)
– Mən bunu oxumuşam, oxumuşam. Sizin yazdığınız məqaləyə toxunmaq istərdim. Çünki bunu siz yazmısınız. Yazmısız ki, uzunmüddətli təlim-məşq toplanışı olsa, bunu necə həyata keçirəcəklər? Siz haradan bilirsiz ki, gələcəkdə Robert Prosineçkinin rəhbərliyi altında milli komanda uzunmüddətli hazırlıq prosesi keçəcək? Hələlik yığmanın planı açıqlanmayıb axı. Prosineçki sırf UEFA-nın tələbələrinə uyğun fəaliyyət göstərib, bundan sonra da elə olacaq.
– Vaqif müəllim, bu gün heç Azərbaycan Superkubokun keçirilməsi üçün təqvimdə boş yer yoxdu axı…
– Superkubok məsələsi ilə bağlı öz təklifimizi irəli sürmüşük. Bu matç çempionatdan öncə baş tutmalıdı. Supekubok mütləq olmalıdı. Səviyyəli oyunlar nə qədər çox olsa, ölkə futboluna təkan verər. Tam şəkildə layiqli bir sistemə gələndə bu, öz yerinə tutacaq.
– Bəs limit məsələsi niyə müzakirə olunmadı?
– Düzdü, müzakirə olunmadı. AFFA-nın 2008-ci ildən həyata keçirdiyi bir proqram var. Və həmin proqramın ortasında hansısa dəyişikliyə ehtiyac duyulmayıb. Ona görə də bildirilib ki, tədricən limiti 6+5-ə gətirməklə millinin də, futbolumuzun da xeyir qazandığını gördük. Milli də çox xal qazandı, “Neftçi” və “Qarabağ” avroliqanın qrup mərhələsinə vəsiqə əldə etdi. Buna görə də dəyişikliyə ehtiyac duyulmadı.
– Bildiyimiz qədəri ilə siz sifariş ərizəsində 10-dan artıq legionerin olmamasının tərəfdarısız…
– Bilirik ki, inkişaf klublardan gəlir və klublarda əsl peşəkarlıq hökm sürməlidi. Sifariş ərizəsində 10 əcnəbi, 15 yerli futbolçunun yer almasını istərdik. Məşqçilər Komitəsi bunu peşəkarlıqdan kənar hesab edirdi. Çünki digər ölkələrdə konkret sifariş ərizəsi ilə bağlı bir say var. Bu, bütün ölkələrdə var. Sifariş ərizəsi sərbəst deyil. Biz də isə sərbəstdi.
– Ola bilərmi ki, sizin bu təklifiniz klublarımızın saysız-hesabsız əcnəbi futbolçuları transfer etməsinin qarşısını almaq üçün idi?
– Bu, istər-istəməz onunla bağlıdı. Biz çempionatın ortasında 5-6 legionerin göndrəilməsinin, bir o qədərinin də komandaya cəlb edilməsinin tərəfdarı deyilik. Məsələ burasındadı ki, biz indi dediyimizi bir-iki aydan sonra məşhur adamlaradn eşidirik. Arsen Venger çıxış edib ki, gəlin feyr-pleyə əməl etməklə sifariş ərizəsi ilə çempionatın sonuna qədər çıxış edək. Yəni futbolçun əsas heyətə düşməyəndə komandadakı ab-havanı korlayır. Fikirləşir ki, təklif gələcək və komandanı tərk edəcək. Amma çempionatın sonuna qədər çıxış etməyə məcbur olsa, belə addımlar atmayacaq. Ən vacibi odu ki, hər birimizin fikri eyni olsun – Azərbaycan futbolunun inkişafı.
– Əvvəllər deyilirdi ki, çempionatı bir komanda tərk edəcək və birinci diviziondan onun əvəzləyicisi gələcək. İndi isə 2 komandanın çempionatı tərk edəcəyi açıqlandı. Sizcə, çempionatın gedişində reqlamenti dəyişmək nə dərəcədə yerinə düşdü?
– Çox geniş müzakirə olmadı. Bildirilib ki, “Araz Naxçıvan”dan başqa biri də elitanlı tərk etməklə iki klub Premyer Liqaya yüksələcək. Nə dərəcədə doğru olub-olmadığını zaman göstərəcək. İnanaq ki, atılan hər bir addım gələcəyimizə xeyir verəcək. Klub rəhbərləri də müzakirəyə qoşulmadı. Düzü, deməyə söz tapa bilmirəm. Görünür, ehtiyac duyulurdu ki, bunu həyata keçiriblər.
– Premyer Liqa oyunlarının yayım hüqunun tendərə çıxarılacağı da elan olundu. Sizcə, ölkədə Azərbaycan çempionatını işıqlandırmağa həvəsi olan televiziya şirkəti var?
– Xeyli müzakirələr oldu. İndidən mənfi düşünmək yaxşı deyil. Hazırda müstəqil kanallarımız var. Gəlin tendərə çıxardaq. Olsa, istədiyimizi həyata keçirdərik, olmasa, əvvəlki qaydada qalacaq. İndidən kiminsə almayacağını demək düzgün olmaz. Nələrsə fikirləşmək lazımdı.
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 19:02

“Qarabağ” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm