Dünya futbolu
Kasilyas: "Oyunumuz "Real"ın standartlarına uyğun gəlmirdi"
Madrid “Real”ının qapıçısı İker Kasilyas &Cce…
Madrid “Real”ının qapıçısı İker Kasilyas Çempionlar Liqasının 1/8 finalında “Şhalke”yə qarşı cavab matçı haqda danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli əlcək sahibi komandanın oyununun dəhşətli olduğunu deyib.
“Düzdü ki, biz ən dibdəyik, amma bunun yaxşı tərəfi odu ki, gələn həftə bizi püşkatma gözləyir və biz dramatizmlə dolu 10 günü unuda bilərik. Birləşib, azarkeşlərin tənqidini anlamalıyıq, çünki oyunumuz “Real”ın standartlarına uyğun gəlmirdi. Keçmişə deyil, gələcəyə baxmaq lazımdı. Mənim səhvlərimə gəldikdə isə, qapıçı həmişə günahkardı, amma indi bu haqqda düşünmək vaxtı deyil”.
Qeyd edək ki, “Real” öz meydanında “Şalke”yə 3:4 uduzsa da, bu komandalar arasındakı ilk görüşün nəticəsinə (2:0) görə, Madrid klubu mərhələ adlayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”