Dünya futbolu
Avroliqa: "Beşiktaş" Belçikadan məğlub döndü – YENİLƏNİB
Bu gecə UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyu…
Bu gecə UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, mərhələ çərçivəsində 8 oyunun hamısı eyni gündə keçirilib. Matçlar 3 fərqli saatda oynanılıb.
Azərbaycanlı futbolsevərlər üçün daha maraqlı olan matç Belçikada baş tutub. Qardaş Türkiyə təmsilçisi “Beşiktaş” “Brügge”nin qonağı olub. "Qara qartal" hesabda önə keçməyi bacarsa da, sonradan buraxdığı iki qolla meydanı məğlub tərk edib.
Bu və digər oyunlarda qeydə alınan nəticələr belədir:
UEFA Avropa Liqası
1/8 final
1/8 final
12 mart
Zenit (Rusiya) – Torino (İtaliya) 2:0
Qollar: Vitsel, 38. Krişito, 53.
Brügge (Belçika) – Beşiktaş (Türkiyə) 2:1
Qollar: De Sutter, 62. Refaelov, 78 – Töre, 46.
Dnepr (Ukrayna) – Ayaks (Hollandiya) 1:0
Qol: Zozulya, 30.
Volfsburq (Almaniya) – İnter (İtaliya) 3:1
Qollar: Naldo, 28. De Bruyne, 63; 76 – Palasio, 6.
Everton (İngiltərə) – Dinamo (Kiyev, Ukrayna) 2:1
Qollar: Naysmit, 39. Lukaku, 82-p. – Qusev, 14.
Fiorentina (İtaliya) – Roma (İtaliya) 1:1
Qollar: İliçiç, 17 – Keyta, 77.
Napoli (İtaliya) – Dinamo (Moskva, Rusiya) 3:1
Qollar: İquayn, 25; 30-p.; 55 – Kurayni, 2.
Qırmızı vərəqə: Zobhin, 46 (Dinamo).
Vilyarreal (İspaniya) – Sevilya (İspaniya) 1:3
Qollar: Vietto, 48 – Vitolo, 1. Mbia, 26. Qameyro, 50.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”