Bizi izləyin

Ölkə futbolu

Villard: "Məqsədimiz AZAL-a yaxşı imic yaratmaqdı"

AZAL-ın Uşaq Futbol Akademiyasının idman direktoru Daril Villard k…

blank
AZAL-ın Uşaq Futbol Akademiyasının idman direktoru Daril Villard klubun rəsmi saytına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
– Ötən ay idman direktoru kimi fəaliyyətə başlamağınızın bir ili tamam oldu. Artıq arxada qalan bu ili necə qiymətləndirirsiniz? 
– Əlbəttə, zaman baxımından elə də böyük dövr deyil. Lakin bunu klubun inkişafı yolunda atılan addımlar baxımından dəyərləndirsək, danışmağa yetərincə mövzu  var. Bu səbəbdən AZAL-ı sevənlərə və daha böyük auditoriyaya buna qədər həyata keçirdiyimiz, etməyi qarşıya məqsəd qoyduğumuz işlər barədə müəyyən informasiya vermək istərdim. Klub rəhbərliyi ilə görüşüb, bütün vəzifələri və qarşıya qoyulan tapşırıqları müəyyənləşdirdikdən sonra  2014-cü ilin fevralında işə başladım. İlk iki  ayda uşaq futbolu üzrə bütün bölmələrin və strukturun qiymətləndirilməsi ilə məşğul oldum, infrastruktur imkanlarını dəyərləndirdim. Hamının etiraf etdiyi kimi görüləcək işlər çox idi. İlk iş bütün komandaların “AZAL Arena”dakı “ev”inə qaytarılması oldu. 
Rəhbərliyin və klubda bu sahənin inkişafı üçün mənimlə birgə çalışan işçilərin yardımı ilə qısa vaxtda müəyyən nəticə əldə etdik. İlk öncə məşqlərin planlaşdırılıb, keçirilməsində, futbolçulara verilən təlimin yaxşılaşdırılmasında bir sistem formalaşdırdıq. Bununla paralel, seleksiya fəaliyyətinə başlanıldı. Təsadüfi deyil qısa zaman kəsiyində komandaların heyəti xeyli dəyişdi və bacarıqlı, istedadlı uşaqlar cəlb olundu. Bu sahədə dönüş nöqtəsi işə AFFA-nın müvafiq layihəsinə qoşulmağımız oldu. Məhz AFFA-nın AZAL-ı bu proqrama daxil etməsi bizim qarşımızda geniş imkanlar yaratdı. Klublara ayrılan maddi və texniki yardımlar fəaliyyət sahəmizi artırmağa, işləri daha geniş coğrafiyaya yaymaga imkan verdi. Qeyd edim ki, AZAL-ın rəhbərliyi bu layihənin uğurla həyata keçirilməsi üçün ilk gündən mənə, ümumilikdə isə Akademiyamıza diqqət göstərib. Biz birgə bir çox məsələlərin həllinə nail olmuşuq. Biz birlikdə apreldən etibarən 2002-2005-ci il təvəllüdlü uşaqlar üçün 5 futbol festivalı təşkil etdik və 6 həftədə heç bir klubla bağlılığı olmayan 500-dən çox uşağı sınadıq. Seçimlərdən sonra biz akademiya üçün 25-dən çox futbolçu ilə müqavilə bağladıq. Bu, böyük iş idi. Bu festivalların 2 məqsədi var idi: 1. AZAL-a yaxşı imic yaratmaq; 2. Yeni istedadlar kəşf etmək. Artıq haradasa buna nail olmuşuq. İndi AZAL-da futbol oynamaq istəyənlərin sayı daha çoxdu, valideyinlər uşaqlarını həvəslə bizim Akademiyaya gətirilər. AZAL AFFA-nın dəstəyi ilə daha yaxşı şəraitə malik olub. İndi “Dalğa” stadionunda, Binədə və Şüvəlanda məşq edirik. Məşqlərə getmək üçün nəqliyyatla təmin olunmuşuq. Artıq peşəkar məşqçilərimiz, onların fəaliyyətinin əsasını təşkil edən məşq proqramımız var.
– Sizcə AZAL AFFA-nın bu layihəsində hansı uğura imza atıb?
İyunda klubun vitse-prezidenti Fikrət Hüseynovla görüşüm oldu. O, həyata keçirmək istədiyim yeni ideyalar və təkliflərimizi həvəslə qarşıladı. Dəyişiklik məşqçilər və inzibati heyətə aid oldu. Fikrət Hüseynov bu sahədə mənə istənilən yardımın göstəriləcəyini diqqətimə çatdırdı, klubun bəzi bacarıqlı kadrlarının da layihəyə qoşulacağını bildirdi. İnzibati heyətin gücləndirilməsi və təşkilati işlərin yaxşı təşkil olunması üçün bütün işçilərə öz tapşırıqlarını verdi. Klubun meneceri Eldəniz Yusifov həm də uşaq futbolu üzrə kordinator kimi fəaliyyətə başladı. Mən isə yeni, gənc nəsil məşqçilərin işləməsinə üstünlük verdim. Bu məşqçilər – təbii ki, özləri istəsələr – Azərbaycan futbolunun gələcəyidi. Mən öyrənmək və dinləmək bacarığı olan gənc məşqçilərlə işləmək istədim. Mən eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov və əməkdaşlarımıza təşəkkür edirəm. Bəzən çətinliklər olurdu, amma indi hamımız inkişafı görə bilirik. 
Hazırda akademiyaya gələn və gedən bütün futbolçuları nəzarətdə saxlayıram. Başqa sözlə, indi hansısa klub futbolçumuzu istəyirsə, məsələ bilavasitə məndən keçir. Son 12 ayda heç bir oyunçuya getməyə icazə verməmişəm. Güclü oyunçuları qoruduğumzudan komandalarımız daha güclüdü. Bu mövsümkü nəticələr məni inanılmaz dərəcədə sevindirir. İndi hər bir rəqiblə mübarizə apara bilirik. Ən əsası isə futbolçuların inkişafında vacib irəliləyişin olmasıdır. Bu isə Azərbaycan futbolu üçün də vacibdir. 12 ay ərzində hazırda AZAL-ın əsas komandasında start heyətində oynayan 1994-cü il təvəllüdlü Seymur Əsəsdovu ortaya çıxardıq. Onu kluba mən transfer etmişəm. “Qəbələ”də olarkən onu görmüşdüm və AZAL-a təyinat alandan sonra onu özümlə gətirmək qərarına gəldim. İnanıram ki, o, üzərində bir az da işləsə, U-21 milli komandasına da düşə bilər. Son bir ildə neçə klub belə iş görüb?
– Bəs əsas komanda ilə akademiyanın münasibətləri necə qurulub?
– Bizdə 1994 və 1998-ci il təvəllüdlü perspektivli 2 uşaq da var. Onların Premyer Liqa səviyyəsinə qədər yüksələcəyinə əminəm. Eyni zamanda 1999-cu il təvəllüdlü uşaqların əksər hissəsi böyük potensiala malikdi. Ona görə də onlara xüsusi diqqət ayırırıq. Gənc futbolçuların bəziləri klubun bazasında qalır və əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi Andrey Kolesnikovun hazırladığı hazırlıq planı üzrə çalışır. 
Ümumiyyətlə, 7-13 yaşlılar üçün seçim hər şey deməkdi. Xammal materiallar tapa bilməsək, inkişaf olmayacaq. Bu səbəbdən vaxtımın çoxunu buna həsr edirəm. Məncə, son 12 ayda bu qədər dəyişikliyə məruz qalan başqa bir klub yoxdu. Etiraf edirəm, başlanğıcda çətinliklər oldu. Ancaq vitse-prezident Fikrət Hüseynovun dəstəyi sayəsində hər şeyi birgə həll etdik. Fürsətdən istifadə edib AZAL-ın prezidenti Zaur Axundova da məni kluba cəlb etdiyinə görə təşəkkürümü bildirmək istərdim. İndi o, görülən işləri dəyərləndirə, qiymətləndirə bilər. İndi akademiyamızda ən yüksək səviyyədə AZAL-ın şərəfini qorumaq istəyən gənc oyunçularımız var. Bunda əsas komandanın baş məşqçisi Tərlan Əhmədov və onun məşqçilər korpusunun da böyük rolu var. Onlar yerli gənclərə şans verməkdən çəkinmir. Hətta bəzən gənc istedadlıları əcnəbilərdən üstün tuturlar. Belə yanaşma və mövcud resurslar ilə qazanılan nəticələr, sadəcə, fantastikdi.
– Bütün bunlardan sonra gələcək haqda nikbin düşünmək olar?
– Bəli. Biz böyük resurslara malik klub deyilik. Amma məncə, bu xeyrimizə olan məqamdı. Çünki klub yerli gənclərin inkişafına, onların əsas komandaya cəlb olunmasına daha çox üstünlük verir. Nə üçün siz də AZAL-a gəlməyəsiz? Biz U-12 yarışında titul qazanmağı deyil, futbolçuların fərdi inkişafinı hədəf seçmişik! Əgər fərqi anlamırsızsa, Azərbaycanda gənc futbolçuların inkişafına ziyan vurmuş olursuz.
Reklam

Reklam


blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 19:02

“Qarabağ” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm