Dünya futbolu
Skoulzdan Mourinyoya “daş”
"Mançester Yunayted"in sabiq yarımmüdafiə&cced…
"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Skoulz “Çelsi”nin baş məşqçisi Joze Mourinyonun bir neçə gün öncə səsləndirdiyi fikirlərə cavab verib. Futbolinfo.az xəbər verir ki, söhbət çalışdırıcının Çempionlar Liqasında PSJ ilə ilk oyundan sonra dediyi sözlərdən gedir.
Skoulz portuqaliyalı mütəxəssisin dediyi kimi London təmsilçisinin heç də böyük klub olmadığını iddia edib:
"Mourinyo birinci oyundan sonra "Çelsi"ni böyük klub adlandırmışdı. Bu söz məni təəccübləndirmişdi. Necə olur ki, böyük klub öz meydanındakı qarşılaşmada bir epizod belə yarada bilmir. Top komandalar azlıqda qalan rəqibini məğlub etməlidi. Ancaq biz bunun əksini gördük. Hətta 10 nəfərlə qalan PSJ ikinci hissədə qol epizodları yaradırdı. Bu, böyük klub əlamətidi. "Çelsi" Parisdə də heç bir şey ortaya qoymadı, sonra isə doğma meydanda belə oyun nümayiş etdirdi. Belə bir komandanı Avropanın ən böyük klublarından biri adlandırmaq düzgün olmaz".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”