Ölkə kuboku
Erik Ramosdan Tərlan Əhmədova cavab: "O, ispanca bilmir"
"Neftçi"nin paraqvaylı futbolçusu Erik Ramos …
"Neftçi"nin paraqvaylı futbolçusu Erik Ramos AZAL-ın baş məşqçisi Tərlan Əhmədova cavab verib. Futbolinfo.az xəbər verir ki, klub saytına danışan yarımmüdafiəçi haqqında yayılan xəbərləri inkar edib:
"Kubok matçına qədər AZAL klubu ilə çempionat oyunlarında da bir neçə dəfə qarşılaşmışdıq. Son görüş də kifayət qədər gərgin və maraqlı alındı. Bu futboldu və tərəflərdən biri qələbə qazanmalıdır. Tərlan Əhmədov AZAL klubundan əvvəl "Neftçi"də köməkçi məşqçi və baş məşqçi əvəzi işləyib. Hələ o vaxtdan bilirdik ki, Tərlan Əhmədov ispan dilində başa düşmür. Əgər oyunda işlətdiyim hər hansı ifadəni Tərlan Əhmədov söyüş kimi başa düşübsə, bu, mənim günahım deyil. AZAL klubu ilə oyunda qayda pozuntusuna yol verdim və hakim də mənə sarı vərəqə göstərdi. Orada heç bir təhqiramiz söz işlətməmişəm. Sadəcə bu cür açıqlamalar verməklə ictimaiyyətdə mənfi rəy formalaşdırmaq cəhdi yanlışdı".
Qeyd edək ki, ötən gün Azərbaycan Kubokunda 1/4 mərhələsinin cavab oyunu çərçivəsində baş tutan AZAL – "Neftçi" (0:1) matçından sonra qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov Ramosun oyun zamanı hakimi söydüyünü demişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”