Ölkə kuboku
Stanoyeviç: "İstənilən komandaya qalib gələ bilərik"
Azərbaycan kubokunun ¼ final mərhələsində “Simurq&rd…
Azərbaycan kubokunun ¼ final mərhələsində “Simurq” ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi “Qəbələ” ilə bu dəfə doğma azarkeşləri önündə qolsuz bərabərə qaldı. Futbolinfo.az xəbər verir ki, bu nəticə zaqatalalıların tarixində ilk dəfə adını yarımfinala yazdırmasına səbəb oldu.
Matçdan sonra saytımıza açıqlama verən ev sahibi komandanın serbiyalı futbolçusu Marko Stanoyeviç oyunu belə şərh edib:
"Kubokun yarımfinalına vəsiqə qazanacağımızı gözləyirdik. Çünki ilk oyunda yaxşı şans əldə etmişdik. Cavab matçında qol vura bilməsək də, istəyimizə çatdıq. "Qəbələ" yaxşı komandadı. Heyətində güclü futbolçular var. Onlar da bizim kimi 4-cü pillə uğrunda mübarizə aparırlar. Sonda kim güclü olsa, o da avrokuboklara vəsiqə qazanacaq.
Təcrübəli yarımmüdafiəçi yarımfinaldakı rəqibləri "Qarabağ"la bağlı da danışıb: "Yarımfinaldakı rəqibimiz "Qarabağ"dı. Həqiqətən də "Qarabağ"ın heyəti güclü futbolçulardan formalaşıb. Amma bizim üçün fərq yoxdu. Fikrimcə, var gücümüzlə oynasaq, istənilən komandaya qalib gələ bilərik".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”