Ölkə futbolu
Ağayev "Kayserispor"un qapısını yenə toxunulmaz saxladı
Türkiyə PTT 1-ci Liqasında 24-cü turun oyunları keç…
Türkiyə PTT 1-ci Liqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti oyununa çıxıb.
"Sarı-qırmızılar" doğma arenada gənclər yığmamızın üzvü Taner Təməltaşın çıxış etdiyi "Altınordu" ilə üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ötən tur çemppionat matçında yeni komandası ilə debüt edən Ağayev bu dəfə də 90 dəqiqə oynayıb və yenə qapısını toxunulmaz saxlayıb. Təməltaş isə 79 dəqiqə meydanda qalıb.
Qeyd edək ki, "Kayserispor" 50 xalla 1- ci yerdə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”