Dünya futbolu
Çalhanoğlu "Barselona"ya keçəcəyi ilə bağlı iddialara cavab verdi
Son günlərdə dünya idman mətbuatında "Bayer"in…
Son günlərdə dünya idman mətbuatında "Bayer"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun "Barselona"ya transfer olacağı barədə xəbərlər yayılıb. Futbolinfo.az xəbər verir ki, türk futbolçu məsələyə münasibət bildirib:
"Rəsmi təklif gəlməyib. Ancaq belə xəbərlər eşitmək mənim üçün fəxrdi. Menecerim bu məsələlərlə maraqlanır. Hazırda özümü Leverkuzendə yaxşı hiss edirəm. Karyeramla bağlı hədəflərim var. Ancaq indi təkcə Çempionlar Liqasında "Atletiko"nu keçməyimizi istəyirəm".
Qeyd edək ki, cari mövsümdə ümumilikdə 34 matçda meydana çıxan Çalhanoğlunun aktivində 8 qol və 6 məhsuldar ötürmə var.
Qeyd edək ki, cari mövsümdə ümumilikdə 34 matçda meydana çıxan Çalhanoğlunun aktivində 8 qol və 6 məhsuldar ötürmə var.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”