Premyer-liqa
“Qəbələ” başladı
“Qəbələ” Topaz Premyer Liqasının 26-cı turunun &ldqu…
“Qəbələ” Topaz Premyer Liqasının 26-cı turunun “İnter”lə oyununun hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Simurq”la Zaqataladakı cavab oyunundan (0:0) sonra Qəbələdə məşq keçən “qırmızı-qaralar” birgünlük istirahətdən sonra yenidən bir araya gəlib.
Ötən gün Bakıda toplaşan komanda martın 18-də “İnter Arena”da baş tutacaq görüşün hazırlıqlarını davam etdirib. Roman Qriqorçukun yetirmələri ADBTİA-nın stadionunda məşq keçib. Fiziki hazırlıqlarla başlayan məşq toplu çalışmalarla davam etdirilib. Yalnız bir futbolçu – zədə üzündən komandadan ayrı düşən Dodo məşqə qatılmayıb. “Qəbələ” bu gün qarşılaşmanın keçiriləcəyi “İnter Arena”da son məşqinə çıxacaq.
Qeyd edək ki, martın 18-də keçiriləcək “İnter” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.
(Klub saytı)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”