Dünya futbolu
Robben yenə zədələndi
Almaniya Bundesliqasının son turunda doğma meydanda "Borussiya…
Almaniya Bundesliqasının son turunda doğma meydanda "Borussiya"ya (Münhenqladbax) 0:2 hesabı ilə uduzan "Bavariya" ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, yenicə zədədən qayıtmış komandanın aparıcı futbolçularından olan Aryen Robben yenidən sıradan çıxıb.
Klubdan verilən məlumata görə, hollandiyalı futbolçu qarın əzələsindən xəsarət alıb və bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Belə olan halda, Robben martın 28-də AÇ-2016-ın seçmə mərhələsində Hollandiya millisinin heyətində Türkiyəyə qarşı oynamayacaq. Bundan əlavə, İspaniyayla 31 martdakı yoldaşlıq görüşündə də komandasına kömək edə bilməyəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”