Ölkə futbolu
"Qəbələ" Hollandiya və İtaliyada oyunlar keçirəcək
“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Holland…
“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyaya səfərə yollanır. Futbolinfo.az xəbər verir ki, martın 23-dən başlayaraq 30-dək davam edəcək səfərlə bağlı planlar genişdi.
Belə ki, Xaqani Məmmədovun başcılıq etdiyi kollektiv “Zanbaqlar ölkəsi”ndə həm hazırlıq kecəcək, həm də yerli komandalarla qüvvəsini sınamaqla təcrübə toplayacaq.
Səfərin əsas məqsədi isə “Tekstel Cup” adlanan və əsasən, Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi turnirdə çıxış etməkdi. Yarış Hollandiynın şimalında yerləşən Teksten adasında keçirildiyindən turnirin adı buradan götürülüb. Səkkiz komandanın mübarizə aparacağı və 2 gün davam edəcək yarışda qəbələli yeniyetmələr Hollandiyanın məşhur “Feyenoord”, “Alkmaar”, “Qroningen” klublarından olan yaşıdları ilə qarşılaşacaqlar. Turnir Hollandiyada 14 yaşlılar arasında keçirilən çempionatda yaranmış fasiləyə təsadüf etdiyindən, məqsəd də futbolçularda oyun praktikasını artırmaqdı.
Lakin “Qəbələ” futbolçuları turnirdən əvvəl Hollandiyanın ən böyük və tanınmış şəhərlərindən olan Rotterdamda bir yoldaşlıq oyunu keçirəcəklər. "Qırmızı-qaralar" “Feyenoord”un müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gələcəklər. Onu da əlavə edək ki, “Qəbələ” Futbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard da komanda ilə birgə səfər edəcək. Yeri gəlmişkən, Brard “Qəbələ”dən əvvəl məhz “Feyenoord” Futbol Akademiyasında çalışıb. Onu da bildirək ki, “Qəbələ”nin U-14 komandası ötən ay “Bakcell Cup” kubokunun qalibi olub və hazırda müvafiq yaş qrupu üzrə ölkə birinciliyində liderdi.
Sonda qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının daha 3 komandasının aprel ayında xarici ölkələrə səfərləri gözlənilir. “Qəbələ” U-12 komandası Türkiyədə keçiriləcək “U-12 İzmir Kuboku”nda, əyalət təmsilçisinin 13 yaşlıları ənənəvi “VI Manavqat” turnirində, U-17 komanda isə İtaliyada keçiriləcək Borqaro turnirində çıxış edəcək.
(Klub saytı)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”