Milli komanda
Prosineçki millimizdə hansı problemlər aşkarlayıb?
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki…
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis qarşıdakı Malta matçı ilə bağlı fikirlərini bildirib.
Təcrübəli çalışdırıcı yığmamızın hazırkı durumundan da söhbət açıb: "Bizim yaxşı oyunçularımız var. Azərbaycan bir neçə ildən sonra indiki səviyyəsindən daha yaxşı olacaq. Biz Malta ilə oyunu gözləyirik. Azərbaycanda istedadla bağlı problem yoxdu. Problem mentalitetdədi. Biz çalaşıcağıq ki, yaxşı futbol sərgiləyək. Məqsədimiz millini 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlamaqdı".
O, AÇ-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Xorvatiya seçməsi ilə bağlı da fikirlərini bildirib: "Xorvatiya ciddi futbol nümayiş etdirir. Bunu İtaliya ilə oyunda da gördük. Biz bununla razılaşmalıyıq. Çünki bu cür kiçik ölkədə belə istedadlar var. Bu təkcə futbola yox, digər idman növlərinə də aiddi. Xorvatiyanın Avropa çempionatında uğur əldə edəcəyinə inanıram".
Qeyd edək ki, millimiz Robert Prosineçkinin başçılığı ilə ilk rəsmi görüşünü martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Maltaya qarşı keçirəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”