Bizi izləyin

Milli komanda

Adamdan sərt ismarıc: "Bura uşaq baxçası deyil"

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komanda…

blank
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Nikolay Adam AFFA-nın rəsmi saytına maraqlı açıqlamalar verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
– Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamız hazırlıq məqsədilə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçdi və iki yoxlama oyununda qüvvəsini sınadı. Əvvəlcə Almaniyadakı toplanışı dəyərləndirməyinizi istərdik…
– Almaniyadakı toplanış yaxşı keçdi. İki yoxlama oyunu keçirdik. İlk oyunda “Düsseldorf”un əvəzedici heyəti ilə qarşılaşdıq. Həmin komanda Almaniyanın 4-cü divizionunda mübarizə aparır və 6-cı pillədə qərarlaşıb. “Düsseldorf” güclü komandadı. Son 10 dəqiqədə qapımızdan 2 top buraxıb, məğlub olduq. Cinahlarda buraxdığımız 2 səhv qolla nəticələndi. Çoxlu əvəzetmələr edərək hər futbolçunu yoxlamaq imkanı əldə etdik. “Düsseldorf”u ona görə seçmişdik ki, elit-raundda bizi təxminən bu səviyyədə rəqiblər gözləyir. Əks-hücumlarda qol vəziyyətlərini dəyərləndirə bilmirsənsə, uduzacaqsan. Əks-hücumlarda əldə etdiyimiz imkanlardan maksimum yararlanmalıyıq. Komanda tam olaraq bütün diqqətini bu oyunlara yönəldib. İrlandiya yığmasına böyükhesablı məğlubiyyətdən sonra futbolçular xəyallar qurmurlar, reallığı daha yaxşı hiss edirlər.

 
– Artıq komanda Fransadadı və 2 gündən sonra elit-raund mərhələsinin oyunları başlayacaq. Komanda oyunlara nə dərəcədə hazırdı?
– Yüz faiz hazırıq. Artıq hər şey futbolçulardan asılıdı. Onlar hansı səviyyədə olduqlarını nümayiş etdirməlidirlər. Biz onları yaxşı hazırlamışıq. Kifayət qədər beynəlxalq oyun təcrübələri var. Bu onlar üçün növbəti addımdı. Elit-raundda zəif rəqib yoxdu. Oyunlarda daha diqqətli olmalıyıq. Ani boşluq buraxsaq, məğlub olarıq.

 
– Yığmamız kifayət qədər güclü qrupda yer alıb. Meydan sahibləri Fransa, eləcə də İngiltərə kimi futbol ölkələri ilə mübarizə aparacağıq. Eyni zamanda, Danimarkanın özü kifayət qədər güclü rəqibdir. Rəqiblər haqda məlumat toplamısınızmı?
– Əlbəttə, məlumatımız var. Oyunlarına baxmışıq, analiz etmişik. Rəqibi araşdırarkən adətən zəif cəhətlərini aşkarlamağa çalışırsan. Demək olar ki, zəif cəhətləri yoxdu. Ancaq bu o demək deyil ki, buraya turist kimi gəlmişik.

 
– Rəqib komandaları araşdırdığınızı dediniz. Hansı rəqiblə hansı taktika ilə mübarizə aparacağınızı müəyyənləşdirmisinizmi?
– Xeyr. Çünki son 18-lik bugünkü məşqdən sonra məlum olacaq. Açığı, 18-liyi müəyyənləşdirməkdə çətinlik çəkirik. Bu digər tərəfdən yaxşıdı ki, seçim imkanımız genişdi. Zədəli olduğu üçün Mansur Nahavəndi komandaya kömək edə bilmir. Zədəli olmasaydı belə, cəzalı olduğu üçün ilk oyunda oynamayacaqdı. 4 futbolçu sarı vərəqə limitindədi. Bunların hamısını nəzərə almalıyıq, diqqətli olmalıyıq. Komandadakı futbolçuların, demək olar ki, hamısı eyni səviyyədədi. Hər hansı biri oynamasa, digər çıxıb layiqincə əvəz edəcək.

 
– Futbolçular psixoloji cəhətdən Fransa, İngiltərə kimi komandalara qarşı oynamağa hazırdırlarmı?
– Bu istiqamətdə onlarla çalışırıq. Əsasən də İrlandiya yığmasına 0:6 hesablı məğlubiyyətdən və U-17-nin elit-raunddakı nəticələrindən sonra onları nələrin gözlədiklərini bilirlər. Bura uşaq baxçası deyil. Biz bu mərhələyə təsadüfən yüksəlməmişik. Futbolçular sübut etməlidirlər ki, biz elit-raunda təsadüfən gəlməmişik. Komandanın 60 faizi növbəti seçmə mərhələdə də çıxış edəcək. Bu futbolçular daha əvvəl də təzyiq altında oynamağı bacarıblar. İnanıram ki, burada da bacaracaqlar. Əlimizdən gələni edəcəyik.
Reklam

Reklam


blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 19:02

“Qarabağ” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm