Milli komanda
Millimizin oyunu türkiyəli hakimlərə tapşırıldı
AÇ-2016-nın seçmə mərhələsi çərçivə…
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi öz meydanında Maltanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, artıq qarşılaşmanı idarə edəcək hakimlər briqadası bəlli olub.
Belə ki, bu matçda türkiyəli referilər ədaləti qoruyacaq. Oyunun baş hakimi Halis Özkahya olacaq. Ona Cem Satman və Əkrəm Kan kömək edəcək. 4-cü hakim funksiyasını isə Kamal Yılmaz yerinə yetirəcək. Bundan başqa, əlavə köməkçi hakimlər isə Tolqa Özkalfa və Mətə Kalkavan olacaq. Həmin matçda hakim-inspektor Covanni Bolognino (İtaliya) və UEFA nümayəndəsi Darius Pavel Dziekanovski (Polşa) olacaq.
Qeyd edək ki, Azərbaycan – Malta görüş martın 28-də saat 21:00-da Tofiq Bəhramov adına Respubilka stadionunda start götürəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”