Bizi izləyin

Ölkə futbolu

PFL rəsmisi: "Müəyyən olundu ki, hakim oyuna pul qoyub"

Avropa Peşəkar Futbol Liqalarının (PFL) təşkilatçılığ?…

blank
Avropa Peşəkar Futbol Liqalarının (PFL) təşkilatçılığı ilə keçirilən növbəti seminarda bizim PFL rəsmiləri də iştirak edib. İspaniyada təşkil olunan tədbirdə Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev, və Texniki – İdman Şöbəsinin müdiri Zamiq Hüseynov ölkəmizi təmsil edib. Onlar seminarda iştirak etməklə yanaşı, “Barselona” və “Real”ın iştirakı ilə keçirdilən “El-Klasiko”nu da izləmək şansı qazanıb. Səfərin maraqlı olduğunu nəzərə alaraq Aslan Şahgəldiyevlə əlaqə saxladıq. O isə öz növbəsində təəssüratlarını bizimlə bölüşdü: 
– Aslan bəy, İspaniyada təşkil olunan seminarda hansı məsələlər müzakirə olundu? Ümumiyyətlə, seminarla bağlı təəssüratlarınız necədi?
– Öncəliklə sizə Avropa Peşəkar Futbol Liqaları haqqında məlumat verim. Adından da göründüyü kimi, Avropada olan Peşəkar Futbol Liqalarının Birliyidi, 31 üzvü var. Böyük futbol dövlətlərindən Fransa Liqa 1-i, İtaliya A seriyası, İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası kimi üzvləri var.  EPFL-in saytında onlar haqda müxtəlif məlumatlar yerləşdirilib. Mütəmadi olaraq bizi seminarlara dəvət edirlər. Bundan öncə – ötən ilin martında Afinada təşkil olunan seminarda iştirak etmişdik. Bu il də martda yüksək səviyyədə seminar təşkil olundu. Seminarlardan biri oyunların analizi sisteminin təqdimatına həsr olunmuşdu. Bilirsiz ki, bizdə bir çox klublarımız Rusiyanın “İnstat” şirkəti ilə əməkdaşlıq edir. Bu, oyun zamanı futbolçuların faydalı iş əmsalını hesablayan bir şirkətdi. Onun daha da təkminləşdirilmiş, ispanlar tərəfindən hazırlanmış yeni bir sistemin təqdimatı oldu.
– Bəs digər seminar?
– Digər seminar isə futbolda birlik, oyun alqı-satqısının qarşısını almaq və buna qarşı necə mübarizə aparmaqla bağlı idi. Oyun alqı-satqısı deyiləndə bukmeker kontorlarına qoyulan matçlar nəzərdə tutulur. Bu prosesdə futbolçularla yanaşı, məşqçilər və hakimlərin iştirak etdiyi də vurğulanırdı. Mövcud məsələ ilə bağlı epizodlar təqdim olunurdu. Səhv etmirəmsə, “Zaltsburq”un oyununda 3:0 hesabı qeydə alınır. Matçın sonlarında açıq-aşkar penalti epizodu olsa da, hakim onbirmetirlik cərimə zərbəsi təyin etmir. Sonra müəyyən olundu ki, hakim oyunun 3:0 bitməsinə pul qoyub.
Seminarın digər mövzulardan biri də 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatı ilə bağlı idi. Bu da oktyabr-noyabr aylarına təsadüf edir. DÇ yarışı Avropadakı çempionatların ən qızğın vaxtına düşür. Təkcə yerli çempionatların yox, Çempionlar və Avropa Liqasının təqvimində dəyişikliklərlə bağlı müzakirələr aparıldı. Qətərdə keçiriləcək mundialın yerli çempionata təsirinin minimal həddə olması istənilir. Buna görə də FİFA ilə görüş keçirilməsi planlaşdırılır. Bilirsiz ki, futbolla yanaşı, maliyyə gəlirləri də var. Çünki bu, futbolu inkişaf etmiş ölkələrə çox ciddi təsir edə bilər.
– Maraqlıdı, həmkarlarınızla söhbət zamanı bizim çempionatın da sponsorunun bukmeker kontoru olduğunu öyrəndikdə onların reaksiyası necə oldu?
– Məsələ kontor sponsorluğunda deyildi. Sadəcə, söhbət oyunların şəffaf olmasından gedirdi. Çox təəccüblüdü ki, həmin seminarda bəzi PFL prezidentləri onların çempionatında danışılmış oyunların olduğunu etiraf edirdi. Bir nəfər konkret dedi ki, aşağı liqada şübhəli bildiyimiz danışılmış oyunlar var. İngiltərə nümayəndəsi onlarda bunun minimal həddə olduğunu qeyd etdi. Çünki onlar güc sturukturlarlı ilə çox ciddi əməkdaşlıq edirlər. Futbol artıq güc strukturları tərəfindən izlənilir və belə hallar olduqda çox ciddi sanksiyalar tətbiq olunur.
– Seminarda iştirak edən həmkarlarla Azərbaycan futbolu ilə bağlı söhbətiniz oldumu? 
– Onlar əsasən “Qarabağ”ın oyunundan danışırdılar. Futbolumuzun əvvəlki illərlə müqayisədə inkişaf etdiyini bildirdilər. Hətta seminardan sonra çay süfrəsi arxasında Miroslav Zelinkanın səhv qərar qəbul etdiyi epizod da müzakirə olundu. Avstriya Bundesliqasının saytı var – əməkdaşlarımızla həmin saytı gözdən keçirmişdik. Həqiqətən də mükəmməl bir saytdı. Əvvəlki seminarlada həmin sayt müqayisə kimi göstərilmişdi ki, Peşəkar Futbol Liqaları içərisində belə bir sayt fəaliyyət göstərir. Öz növbəmdə Avstriya Bundesliqasının rəhbəri ilə görüşdüm. Saytda neçə nəfərin fəaliyyət göstərdiyini öyrəndim. Təbii ki, orada çalışan əməkdaşların sayı çoxdu. Biz 
belə bir uğura nail olmasaq da, ona oxşarını hazırlamaq istərdik. Buna görə də, həmin seminarın faydalı olduğunu düşünürəm. Bundan başqa, əməkdaşlıq edə biləcəyimiz fedarasiyalar var. Konkret olaraq, Polşa və Yunanıstan Peşəkar Futbol Liqalarından söhbət gedir. Onlarla bağlı müəyyən mübadilələri nəzərdə tutmuşuq. Sadəcə, bununla bağlı hələlik məlumat vemək istəmirəm. İstədiyimiz tam alınsa, futbolumuz üçün xeyri olacaq. Azərbaycanın coğrafi mövqeyi elədi ki, Avropaya çıxmaq çox çətindi. Bilirsiz ki, Avropada Şengen vizası çox önəmlidi və bu, gediş-gəlişi rahatlaşdırır. Hər hansı bir futbolçunun başqa kluba keçməsi, menecerlərin onları izləməsi çox rahatdı. Bunla bağlı görüşlərimiz olacaq və aprelin 7-si Avropa Peşəkar Futbol Liqaları Birliyinin və Avropa Klublar Birliyinin bir nümayəndəsi ölkəmizə gələcək. Bizim 4 klubumuz – “Neftçi”, “Xəzər Lənkəran”, AZAL və “Bakı” oranın üzvüdü. Biz və həmin 4 klubun nümayəndəsi ilə Bakıda görüş də keçirəcəyik.
– Aydındı ki, bizim onlardan öyrənəcəyimiz çox şey var. Bəs onların bizdən öyrənəcəyi nələr var?
– Buna cavab verməkdə çətinlik çəkirəm. Hər halda onların futbolu bizdən üstündürsə, biz nəsə öyrənməliyik. Orada bəziləri var ki, bizdən öyrənir. Ancaq biz bizdən üstün olanlardan öyrənirik. “Bizdə hər şey aşağı səviyyədədi” fikri ilə razılaşmıram. Bunun şahidi də oldum. Gördüm ki, hər şey kənardan göründüyü kimi deyil. Məsələn, Serbiya futbolunun bizdən öyrənməli çox şeyi var. Təbii ki, biz İspaniya La Liqası və ya İngiltərə Premyer Liqası ilə rəqabət apara bilmərik. Dövriyyədə olan pulu özünüz müəyyənləşdirin. Ancaq futbolu bizə bənzər ölkələrin bizdən öyrənəcəyi çox şey var. Bəlkə də nəsə öyrənə bilərlər.
– İspaniya səfəri zamanı “El-Klasiko”nu da izlədiz. Sosial şəbəkələrin birində həmin matçın biletinin şəklini paylaşaraq, “dəli şeytan deyir ki, bileti sat “VAZ-2107” al” zarafatını da etmişdiz. Maraqlıdı, bileti neçəyə almışdınız ki? 
– Əlbəttə bu, zarafat idi. Qiymətlər fərqli idi: 300-dən 2100 avroya qədər. Bilirsiz ki, ən ucuz biletlər qapıların arxasındakı sektora olur. Maraqlıdı ki, oyuna iki gün qalmış qapı arxasındakı sekorlara biletin qiyməti 900 avro idi. Həmin biletə konkret yer yox idi. Sadəcə, sektorun adı qeyd olunurdu və hansısa boş yerdə oturub, matçı izləyə bilərsən. Bileti pulla almamışdıq, EPFL hədiyyə etmişdi.
– Necə düşünürsüz, izlədiyiniz “El-Klasiko” futbol oyunu idi, yoxsa tamaşa?
– Tamaşa! Bu matç 1902-ci ildən keçirilir. Bildiyiniz kimi, bu matça siyasi məsələlər də təsirsiz ötüşmür; Kataloniya öz müstəqilliyini istəyir; Onlar özlərinə ispaniyalı yox, kataloniyalı deyir. Ona görə də həmin komandalar arasında olan rəqabət pik həddədi. Oyunun 17-ci dəqiqə 14-cü saniyəsində azarkeşlərin böyük əksəriyyəti kataloniya bayrağı dalğalandırır ki, bu da 1714-cü ilə bir işarədi. Bütün şəhərdə Kataloniyanın bayrağı asılır. Dünyanın 34 ölkəsindən 800 nəfərdən çox mətbuat nümayənədəsi bu matç üçün qeydiyyatdan keçmişdi. Nəyə görə tamaşadı? Çünki həmin oyunda mən azarkeşlik görmədim. Azarkeşlik çox aşağı səviyyədə idi. “Qarabağ” və “Neftçi”nin Avroliqadakı oyunlarına gələn azarkeşlərin aktivliyi daha yaxşı idi, nəinki bu oyunda. Bu da ondan irəli gəlir ki, “El-Klasiko”nu izləyənlərin böyük əksəriyyəti turistlərdi. Oyun günü şəhərdə hansısa bir ajiotaj görmədim. Halbuki “Qarabağ” Avroliqada çıxış edəndə bütün şəhər Bakıdakı oyuna köklənilirdi. Heç oyundan sonra da azarkeşlər arasında həyəcan görmədim. Məni təəccübləndirən stadiondakı xareoqrafiya oldu. “Barselona”nın rənglərindən təşkil olunmuş görüntü mükəmməl idi.
– “El-Klasiko” ərəfəsində özünüzdən başqa azərbaycanlılarla rastlaşdınızmı? 
– Hardasa 10-a yaxın azərbaycanlı gördük. Bir də ki, İspaniyada Azərbaycan deyəndə artıq nəyisə izah etməyə ehtiyac yoxdu. Artıq hər kəs ölkəmizi tanıyır. Bəlkə də getdiyim Avropa ölkələrinin içində yeganə yer idi ki, “Azərbaycan” deyəndə soruşmadılar ki, “ora haradı?”. Təbii ki, bu da Madrid “Atletiko”sunun formasının üzərində olan “Land of Fire Azerbaijan” yazısına görədi. Bundan başqa ispanlar Bakıda keçirdiləcək Avropa Oyunlarına da böyük maraq göstərirdilər. Bizdən bu yarış, ölkəmizə gəlmək haqda maraqlandılar. Yunanıstandan gələn nümayəndə Bakıda təşkil olunacaq mötəbər yarışa gəlmək istədiyini bildirdi. Belə çıxır ki, bu yarış Avropada böyük ajiotaj yaradıb.
 
– Uzun illərdi futbol sahəsində çalışırsınız. Maraqlıdı, Azərbaycan futbolunda elə bir oyun olubmu ki, sizə “El-Klasiko” qədər həyəcan yaşatsın? 
– Slovakiyada “Karvan” “Spartak”a qol vuranda ağlamışam. Bəlkə də kimin üçünsə əhəmiyyətsiz oyun olub. Amma mən orada çalışdığım vaxtda həmin matça baxanda əllərim əsirdi. Həyəcandan matça baxa bilməmişəm. Çünki mən işin içindəyəm. Bundan başqa, “Qarabağ” və “Neftçi”nin Avropa Liqasının qrupuna düşəndə həyəcan yaşamışam. “El-Klassiko”dan təbii ki, zövq alırsan. Futbolçuların hərəkətləri mükəmməldi. Matçın hər saniyəsini izləmək istəyirsən. Çünki Messi, Neymar, Ronaldonun hər hərəkəti bir fintdi. Ancaq əmin olun ki, televiziyada gördüyümüzün eynisi deyil. Televiziyada bizə təqdim olunan çox mükəmməldi. Çünki onun üzərində çox işləyirlər. Canlı baxanda isə televiziyadan izləyərkən aldığın zövqü almırsan.
– Necə düşünürsüz, bizdə də bir oyuna biletin qiymətinin ən azı 300 manat olması üçün neçə ilə ehtiyacımız var?
– Bilirsiz, bir məhsulu təqdim etmək lazımdı, onun dəyəri olmalıdı ki, insanlar ona maraq göstərib alsınlar. Əgər dəyəri yoxdusa, heç kəs ona qiymət verməyəcək. Biz azarkeşləri stadionlara dəvət etməliyik. Bundan sonra biletə qiymət qoya bilərik. Klublarda azarkeşlərlə iş üzrə çalışan şəxslər olmalıdı. Fikir verirsinizsə, kubok matçlarında, xüsusən də final oyunlarında bu təbliğat aparılır. Ötən mövsüm kubokun final matçına niyə 26 min azarkeş gəlmişdi? Həmin göstərici də rekord idi. Çünki təbliğat yüksək səviyyədə aparılmışdı, maşın uduşu qoyulmuşdu. İnsanlarda maraq oyanmışdı. Marketoloqların olması isə əsas şərtdi. Təbii ki, onlar bizə bu işin incəliklərini heç vaxt öyrətməyəcəklər. Bu, onların marketinq maraqlarıdı və müəyyən işləri görüb, bu səviyyəyə çatıblar. Biz seminarlarda iştirak etməklə 20-30 faiz nəsə öyrənə bilərik. Amma onlar gördüyü işi bizə heç vaxt izah etməzlər. Heç kəs öz biznes sirrini başqasına verməz. Gəlin, çıxıb şəhərdə sorğu keçirək və Azərbaycan çempionatının filan matçının hansı saatda baş tutacağına dair sual verək, görək cavab tapa biləcəklərmi? Xeyr. Çünki təbliğ edilmir. Bu işdə hamımızın üzərinə böyük məsuliyyət düşür.
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 19:02

“Qarabağ” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm