Ölkə futbolu
“Qəbələ” “Feyenoord”la bacarmadı
“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Holland…
“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyada ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, martın 23-dən başlayaraq “Zanbaqlar ölkəsi”ndə olan Akademiya direktoru Stenli Brardın başçılıq etdiyi kollektiv tanınmış “Feyenoord” klubundan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin qollarını İdris İnqilablı və Məhəmməd Məhərrəmov vurublar.
Onu da əlavə edək ki, həmin qarşılaşmadan əvvəl “qırmızı-qaralar” Hollandiyanın ən böyük və tanınmış şəhərlərindən olan Rotterdama yollanaraq, şəhərlə tanış olublar. Komandanın üzvləri “Feyenoord”un ev matçlarını keçirdiyi “De Kuip” stadionunu gəziblər.
Qeyd edək ki, Qəbələ təmsilçisi Hollandiyada olduğu müddətdə “Tekstel Cup” adlanan və əsasən, Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi turnirdə çıxış edəcək. Səkkiz komandanın mübarizə aparacağı və 2 gün davam edəcək yarışda “Qəbələ”li yeniyetmələr Hollandiyanın məşhur “Feyenoord”, “Alkmaar”, “Qroningen” klublarından olan yaşıdları ilə qarşılaşacaqlar.
(Klub saytı)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”