Milli komanda
Qurbanov Prosineçkiyə təşəkkür etdi
Sabah AÇ-2016-nın seçmə mərhələsi çər&ccedi…
Sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Maltanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, yığmamızın hücumçusu Ruslan Qurbanov oyunöncəsi Xorvatiya mətbuatına açıqlamalar verib.
Hazırda Split "Hayduk"unda çıxış edən forvard ancaq qələbəni düşündüklərini deyib: "Məni milliyə dəvət etdiyi üçün Robert Prosineçkiyə təşəkkürümü bildirirəm. Maraqlı oyun olacaq. Sabahkı oyunda əlimizdən gələni etməliyik. Doğma azarkeşlər qarşısında ancaq qələbə düşünürük. Başqa heç bir nəticədən razı qala bilmərik. Məqsədimiz 3 xal qazanmaqdı".
Qeyd edək ki, Azərbaycan – Malta qarşılaşması sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”