Milli komanda
Prosineçki: "Neftçi"nin futbolçuları millidə oynamağa hazır deyillər"
Sabah AÇ-2016-nın seçmə mərhələsi çər&ccedi…
Sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltanı qəbul edəcək Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutan yığıncaqda xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Beş gün hazırlıq keçdik. Məşq prosesindən razı qalmışam. Səbirsizliklə oyunu gözləyirik. Məşqdə götərdiklərimi oyunda edə bilsək, qalib gələcəyik. Tam hazırıq. Komandada ab-hava yaxşıdır".
– “Neftçi”dən heç bir oyunçuya dəvət göndərməməyinizin səbəbi nədi?
– Bununla bağlı açıqlama vermişəm. Sabahkı oyuna ən yaxşı formada olanları çağırmışam. “Neftçi”də elə oyunçu yoxdu ki, sabahkı görüşdə bizə kömək etsin.
– Bununla bağlı açıqlama vermişəm. Sabahkı oyuna ən yaxşı formada olanları çağırmışam. “Neftçi”də elə oyunçu yoxdu ki, sabahkı görüşdə bizə kömək etsin.
– Həmişə Rauf Əliyev hücumun sivri ucunda çıxış edirdi. Onun yoxluğunda hücum planınız necə olacaq?
– Raufun zədəsi var idi. Millidə keçirdiyi 4 seçmə mərhələ oyununda qol vurmayıb. Ancaq gələcəkdə onu millidə görə bilərsiniz. Sabah hücumda kimin oynayacağını artıq müəyyənləşdirmişik.
– Raufun zədəsi var idi. Millidə keçirdiyi 4 seçmə mərhələ oyununda qol vurmayıb. Ancaq gələcəkdə onu millidə görə bilərsiniz. Sabah hücumda kimin oynayacağını artıq müəyyənləşdirmişik.
– Azərbaycana gələn gündən bildirmisiniz ki, komandada qələbə ruhunu görmək istəyirsiniz. Buna nə dərəcədə nail olmusunuz?
– Mən komandadan çox razıyam. Çünki tələblərimi məşq prosesində yerinə yetirirlər. İnanıram ki, sabah istədiyim oyunu göstərəcəklər.
– Mən komandadan çox razıyam. Çünki tələblərimi məşq prosesində yerinə yetirirlər. İnanıram ki, sabah istədiyim oyunu göstərəcəklər.
– Əvvəlki müsahibələrinizdə bildirmişdiniz ki, öz komandasında 70 faiz oynayan futbolçuları milliyə dəvət edəcəm…
– Mən bildirmişdim ki, həmin futbolçular əsas heyətdə olacaqlar. Emil Balayev gənc futbolçudu. Biz tək sabahkı oyunu yox, millinin gələcəyini düşünürük. Hiss edirəm ki, “Neftçi”dən futbolçu çağırmamağım hamıya pis təsir edib. Ancaq “Neftçi”nin bütün oyunlarını izləmişəm. Görürəm ki, bu klubun futbolçuları millidə oynamağa hazır deyillər.

– Rauf Əliyevin qol vurmamağını deyirsiniz. Onda bəs Nurlan Novruzova ("Bakı") niyə dəvət göndərmədiniz?
– Nurlanla bağlı suala 4 dəfə cavab vermişəm. O, mənim oyun sistemimə uyğun deyil.
– Nurlanla bağlı suala 4 dəfə cavab vermişəm. O, mənim oyun sistemimə uyğun deyil.
– Nurlan Məhəmməd Qurbanovdan ("Sumqayıt") zəif futbolçudu?
– Mən Məhəmmədi Nurlandan potenisallı hesab edirəm.
– Mən Məhəmmədi Nurlandan potenisallı hesab edirəm.
– Maltanın baş məşqçisi qeyd edib ki, Azərbaycanda həyəcan var. Nə etmək olar ki, sabaha qədər bu həyəcan aradan qaldırılsın?
– Oyundan əvvəl rəqibin kimliyindən asılı olmayaraq, həyacan olmalıdı. Ancaq bizdə əhval-ruhiyyə yüksəkdi. Sabah yaxşı nəticə qazanacağımıza ümid edirik.
– Oyundan əvvəl rəqibin kimliyindən asılı olmayaraq, həyacan olmalıdı. Ancaq bizdə əhval-ruhiyyə yüksəkdi. Sabah yaxşı nəticə qazanacağımıza ümid edirik.
– Sabah sizin planlarınızı nə poza bilər?
– Məncə, heç nə planlarımızı poza bilməz. Komandama inanıram. Bilirəm ki, stadion dolu olacaq və ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.
– Məncə, heç nə planlarımızı poza bilməz. Komandama inanıram. Bilirəm ki, stadion dolu olacaq və ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”