Milli komanda
Sadıqov: "Boynumuzda ağır yük var"
Sabah AÇ-2016-nın seçmə mərhələsi çər&ccedi…
Sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltanı qəbul edəcək Azərbaycan millisinin bu gün mətbuat konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutan yığıncaqda komandamızın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
"Sabahkı oyunu səbrsizliklə gözləyirik. Bilirik ki, hamı bizdən qələbə gözləyir. Matça yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, bizə lazım olan nəticəni qazanaq".
Təcrübəli müdafiəçi maltalıların bir neçə gün öncə Gürcüstanla keçirdiyi yoxlama oyunu ilə bağlı da fikirlərini açıqlayıb: "Rəqibin Gürcüstanla keçirdiyi yoxlama oyununu izləmişik. Malta millisi yaxşı müdafiə olunur. Onlar beşlik müdafiə sisteminə üstünlük verirlər. Bizim üçün heç də asan olmayacaq. Boynumuzda ağır yük var. Gürcüstanla oyununu analiz etmişik. Malta ilə oyunda azarkeşlərimizi bizə dəstək olmağa çağırıram. Hamımız bir olsaq, qələbə bizimdi".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”