Milli komanda
Qedin: "Məğlubiyyətə layiq deyildik"
Bu gün Avropa çempionatının seçmə mərhələsini…
Bu gün Avropa çempionatının seçmə mərhələsinin H qrupunda 5-ci tur oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi evdə Maltanı 2:0 hesabı ilə məğlub edib.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında maltalıların baş məşqçisi Petro Qedin jurnalistlərin suallarını cavablandırıb. İtaliyalı mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını deyib:
"Futbol riyaziyyat deyil. Futbolda ən asan olan uduzmaqdı. Biz də uduzduq. Ancaq məğlubiyyətə layiq deyildik. Rəqibin qələbə qazanmasında azarkeşlərin dəstəyi də önəmli oldu. İlk hissədə yaxşı oynamadıq. Rəqibin hər iki cinahı yaxşı təsir bağışlayırdı. Əvvəlki illərə nisbətən Azərbaycan millisində inkişaf var. Hakimlik isə yüksək səviyyədə idi".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”