Milli komanda
Prosineçki debüt matçını şərh etdi: "Narazı qaldım"
Bu gün Avropa çempionatının seçmə mərhələsini…
Bu gün Avropa çempionatının seçmə mərhələsinin H qrupunda 5-ci tur oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi evdə Maltanı 2:0 hesabı ilə məğlub edib.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında yığmamızın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb. Bu qarşılaşmada həm də debüt edən xorvatiyalı mütəxəssis komandasının oyunundan narazı qaldığını deyib:
"Bu, bizim Azərbaycan xalqına Novruz bayramı hədiyyəsi idi. Oyundan razı qalmadım. Biz daha yaxşı oynaya bilərdik. Ötən gün bildirdim ki, çətin oyun olacaq. Namiq Ələsgərov yaxşı oynadı. Təəssüflər olsun ki, zədələndi. Səhvlərimiz var. Çalışacağıq ki, bunu aradan qaldıraq. Əfran İsmayılovun potensialı var. O, gələcəkdə bizə daha çox xeyir verəcək. Cavid Hüseynov barəsində niyə soruşmursuz? Onun ifasında belə gözəl oyun izləmişdiz? Eddi İsrafilovun da qısa zaman ərzində yenidən İspaniya çempionatında 90 dəqiqə oynayacağına inanıram. Rahid Əmirquliyev isə hər zaman stabil çıxış edir. Üzərimizdə psixoloji təzyiq var idi. Çünki ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanmalıydıq".
O, qarşıdakı oyunla bağlı da fikirlərini açıqlayıb: "6-7 gün ərzində futbolçuların fiziki durumunu düzəltmək mümkün deyil. Norveç millisi ilə qarşıdakı oyunda oyunçular bunun üzərində çalışmalıdı. Futbolda hər şey mümkündü. Rəqib qol da vura bilərdi. Ancaq hər məşqçinin "B" planı var. Buna hazır idik. Ancaq bu planı açıqlamaq istəmirəm. Çünki qarşıda oyunumuz var. Mən Bakıda olacam və çempionat oyunlarına gedib, futbolçularlmızı izləyəcəm".
Prosineçki "Qarabağ"ın və millinin kapitanı Rəşad Sadıqovun oyunundan məmnun qaldığını ifadə etdi: "Rəşad Sadıqovun oyunundan razı qaldım. O, böyük kapitandı. Mənə elə gəlir ki, Sadıqov daha bir neçə il də milliyə kömək edə bilər".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”