Milli komanda
Rəşad Sadıqov: "Layiqli qələbə qazandıq"
Ötən gün Avropa çempionatının seçmə mərh?…
Ötən gün Avropa çempionatının seçmə mərhələsinin H qrupunda 5-ci tur oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi evdə Maltanı 2:0 hesabı ilə məğlub edib.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmadan sonra yığmamızın kapitan Rəşad Sadıqov fikirlərini açıqlayıb. Təcrübəli müdafiəçi qələbəni belə şərh edib:
"Gözlədiyimiz kimi gərgin oyun oldu.Əlimizdən gələni etdik ki, qələbə qazanaq. Düşündüyümüzdən də erkən qol vurduq. Qol vurduqdan sonra ehtiyyatlı oynadıq. Rəqib meydanın mərkəzində bizə təzyiq edib, topla oynamağa imkan vermirdi. Buna baxmayaraq, ilk hissədə bir-iki qol vurmaq üçün imkanımız olsa da, istifadə edə bilmədik. İkinci hissədə rəqib sistemini dəyişdi. Bundan sonra onlar daha çox pressinq edib, irəli atılmaq istəyirdilər. İkinci yarıda bərabər oyun getdi. Sonda ikinci qolu vurub, layiqli qələbə qazandıq".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”