Milli komanda
Maltalıları məyus edən futbolçumuz danışdı
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisi…
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə Malta arasında keçirilmiş oyundan sonra futbolçumuz Cavid Hüseynov fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçimiz evdəki 2:0 hesablı qələbəni belə şərh edib:
"Seçmə mərhələdə xal qazanmamışdıq. Öz meydanımızda qələbə qazanmağa borclu idik. Qol vurmağıma görə sevinirəm. 15 min azarkeşin duaları çin oldu. Bu gün elə də yaxşı oyun sərgiləmədik. Qol vurduqdan sonra arxayınlaşdıq. Amma yenə də xarakter göstərib, 2-ci qolu vura bildik. Çox da yüksək səviyyədə oynamadıq. İşləmək lazımdı".
Qeyd edək ki, komandamızın ilk qolunu matçın 3-cü dəqiqəsində Cavid Hüseynov vurmuşdu.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”