Bizi izləyin

Premyer-liqa

Rekordlar və yubileylərlə yadda qalan oyun

Topaz Premyer Liqasının 28-ci turunda səfərdə AZAL-la qarşılaş…

blank
Topaz Premyer Liqasının 28-ci turunda səfərdə AZAL-la qarşılaşan “Qəbələ” 4:0 hesabı ilə qalib gəlib. Futbolinfo.az xəbər verir ki, “AZAL Arena”da qazanılan bu böyükhesablı qələbə “qırmızı-qaralar”ın tarixinə rekord və yubileylərlə düşüb.
İlk dəfə BEŞ
Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan “qırmızı-qaralar” klub tarixinin yeni rekorduna imza atıb. Roman Qriqorçukun yetirmələri 23-cü turda başlanan uğurlu seriyada 2 dəfə ev, 3 dəfə səfərdə 3 xal əldə edib. Fevralın 19-da “Xəzər Lənkəran”ı 3:1, martın 8-də isə “Sumqayıt”ı 2:0 hesabı ilə yenən əyalət təmsilçisi ev matçlarında 2 top fərqinə sevinib. Çempionatın liderləri ilə səfər oyunlarında isə fərq minimal olub. Fevralın 28-də “Qarabağ”ı 1:0, martın 18-də isə “İnter”i 2:1 hesabı ilə məğlub edən “Qəbələ” “5”ə 4 cavabsız qolla çatıb.
Premyer Liqada 2006/07 mövsümündə debüt edən “qırmızı-qaralar” bunadək ən yaxşı halda 4 ardıcıl qələbə qazanmışdı. Qəbələ təmsilçisi 2012/13 mövsümünün ilk, 2013/14 mövsümünün isə ikinci yarısında 4 qələbəni sıralamışdı.
“Qəbələ” – 300
AZAL-la oyunda vurulan qol “Qəbələ” üçün yubiley xarakteri daşıyıb. Bu matçadək Premyer Liqada 298 top vuran qəbələlilər 300-ü fəth edib. Tarixi qolun müəllifi Viktor Mendi olub. 2006-cı ildə Premyer Liqada debüt edən komanda 300-ə 265-ci oyununda çatıb. “Qəbələ” Mendinin qolundan sonra daha 2 dəfə fərqlənib, bu rəqəmi 302-yə çatdırıb. Bunlardan 162-si ev, 140-ı səfər qarşılaşmalarına təsadüf edib. Maraqlıdı ki, komandanı 300-ə çatdıran Mendi 150-ci qolun da müəllifi olub.
“Qəbələ”nin bütün yubiley qolları:
1-ci qol – 2006/07 mövsümü
Vüsal Qarayev – 11.08.2006. MKT-Araz (İmişli) – Gilan (Qəbələ) – 4:1
50-ci qol – 2007/08 mövsümü
Əli İsmayılov – 18.05.2008. Qəbələ – Masallı – 1:1
100-cü qol – 2009/10 mövsümü
Kənan Kərimov – 09.02.2010. Qəbələ – Turan (Tovuz) – 1:0
150-ci qol – 2011/12 mövsümü
Viktor Mendi – 11.09.2011. Qəbələ – Turan (Tovuz) – 2:1
200-cü qol – 2012/13 mövsümü
Lourival Assis – 03.11.2012. Qəbələ – Neftçi (Bakı) – 2:1
250-ci qol – 2013/14 mövsümün
Leonardo da Silva – 02.02.2014. Sumqayıt – Qəbələ – 0:3
300-cü qol – 2014/15 mövsümü
Viktor Mendi – 05.04.2015. AZAL – Qəbələ – 0:4
“Qəbələ”nin qolları mövsümlər üzrə: 2006/07 – 17, 2007/08 – 33, 2008/09 – 28, 2009/10 – 36 (təsnifatda 24+ “altılıq”da 12), 2010/11 – 31 (təsnifatda 19+ “altılıq”da 12), 2011/12 – 43 (təsnifatda 27+ “altılıq”da 16), 2012/13 – 32 (təsnifatda 26+”altılıq”da 6), 2013/14 – 48, 2014/15 – 34.
Premyer Liqada “Qəbələ”nin ən azı 10 qolunu vuranlar: Viktor Mendi – 26, Luiz Paulo Hilario – 21, Yannik Kamanan – 16, Deon Barton – 15, Daniel Subotiç – 12, Kənan Kərimov, Vitali Balamestnı – hər ikisi 11.
Mendi – 30
“Qəbələ”nin Premyer Liqada 300-cü qolunu vuran Mendi qırmızı-qara formada 30-cu dəfə fərqlənib. Premyer Liqada 26, kubokda 4 dəfə rəqib qapılarına yol tapan seneqallı hücumçu yubileyə 120-ci matçında çatıb. Klub tarixinin ən məhsuldar futbolçusu olan Mendi ilk qolunu 2011-ci ildə vurub. O, 2011/12 mövsümündə 8, 2012/13 mövsümündə 6, 2013/14 mövsümündə 7, cari mövsüm 5 çempionat qoluna sevinib. Onun kubok qollarından biri 2011/12, üçü 2013/14 mövsümünə təsadüf edib.
Hüseynovdan rekord
AZAL-la qarşılaşmada dubla imza atan Cavid Hüseynov Premyer Liqada özünün yubiley – 30-cu qolunu vurub. Cari mövsüm 8-ci dəfə fərqlənən yarımmüdafiəçi karyerasının rekorduna imza atıb. O, “Qəbələ”də keçirdiyi ilk çempionatadək heç vaxt belə məhsuldarlıq nümayiş etdirməmişdi. Hüseynov indiyədək eyni mövsümdə ən yaxşı halda 6 dəfə rəqib qapısına yol tapmışdı. Bu da ötən mövsüm “Bakı”nın heyətində baş vermişdi. AZAL-la oyundan öncə həmin rekordunu təkrarlamış yarımmüdafiəçi artıq həmin göstəricisini yeniləyib. Cavid həm də “Qəbələ”də 5 və daha çox penalti vurub, hamısından dəqiq istifadə edən ilk oyunçu olub.
Qriqorçukla ilk
“Qəbələ” tarixində 34-cü, Premyer Liqada 17-ci dəfə böyük hesabla qalib gəlib. 2015-ci ildə ilk dəfə 3 və ya daha çox top fərqilə qələbə qazanan “qırmızı-qaralar” bunadək Roman Qriqorçukun baş məşqçiliyi dövründə belə nailiyyət əldə etməmişdi. Komanda sonuncu böyükhesablı qələbəsini 123 gün əvvəl – 2014-cü il dekabrın 3-də “Ağsu” ilə kubok matçında qazanmışdı – 3:0. Premmyer Liqada isə son belə uğur 396 gün əvvəl – ötən il fevralın 2-də “Sumqayət”la səfər matçında qazanılıb – 3:0. Komanda 3-dən çox fərqlə 3 xala sevinməsi isə sonuncu dəfə 1071 gün əvvəl qeydə alınmışdı. 2012-ci il aprelin 29-da “Qəbələ” öz meydanında “Bakı”nı 4 cavabsız qolla məğlub etmişdi.
(Klub saytı)
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm