Dünya futbolu
“PSJ ÇL kubokuna əsas namizədlərdən biridi”
“Barselona”nın baş məşqçisi Luis Enrike bu axş…
“Barselona”nın baş məşqçisi Luis Enrike bu axşam Çempionlar Liqasında, 1/4 finalda PSJ ilə keçirəcəkləri oyun haqda fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin çox yaxşı komanda olduğunu vurğulayıb və onları çətin oyun gözlədiyini deyib:
“Bildiyiniz kimi, PSJ-nin bəzi önəmli futbolçuları bizə qarşı oyunu buraxacaq. Ancaq bu komanda Zlatan İbrahimoviç olmadan da “Barselona”ya qalib gəlib. PSJ də kuboka əsas namizədlərdən biridi. “Çelsi”ni mübarizədən kənarlaşdıraraq, nəyə qadir olduğunu sübut edən bir komandaya qarşı oynayacağıq. Bizim kimi onların da hücum xətti güclüdü. İki bir-birinə bənzəyən komanda üz-üzə gələcək”.
Qeyd edək ki, bu komandalar qrup mərhələsində də qarşılaşmış, Parisdə keçirilən oyun PSJ-nin (3:2), Kataloniyadakı qarşılaşma isə “Barselona”nın (3:2) qələbəsi ilə bitmişdi.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”