Bizi izləyin

Premyer-liqa

Zaqatala üçün acı və əsəbi sonluq – TƏƏSSÜRAT

Hər şey bitdi. Artıq Zaqatalada "Simurq"un ən nikbin fan…

blank
Hər şey bitdi. Artıq Zaqatalada "Simurq"un ən nikbin fanatı belə sevimlilərinin avrokuboklarda iştirak edəcəyinə inanmır. "Qarabağ"la oyunda qeydə alınan qolsuz bərabərlikdən sonra puça çıxan kubok arzusu kimi artıq "sarı-qaralar"ın mövsümü 4-cü yerdə bitirməsini də möcüzə saymaq olar.
Dünən günboyu Zaqatalada hər cür hava şəraitinin şahidi oldum. Səhər saatlarında güclü yağış yağsa da, bir andaca hava açıldı və gün çıxdı. Lakin bu, elə də uzun sürmədi. Lap "Simurq"un qol sevinci kimi…
Ümumiyyətlə, dünən Zaqataladakı hava da oyunun gedişinə çox bənzəyirdi. Matçın keçiriləcəyi məkana oyunun başlama vaxtından bir neçə saat tez çatdığımdan meydan sahiblərinin əvəzedicilərinin məşqini də izləmək şansım oldu. O əvəzedicilər ki, hazırda turnir cədvəlində liderdilər. Oyunun Zaqatala üçün nə dərəcədə əhəmiyyətli olduğunu əvəzedici komandanın baş məşqçisinin də məşqə başlamamışdan öncə futbolçularına  dediyi sözlərdən anlamaq olardı. O, məşqə başlamamışdan öncə yetirmələrini başına yığıb, bu gün (ötən gün) komanda üçün mövsümün ən vacib oyunlarından biri olacağını bildirdi və onları axşamkı oyunda əsas komandaya dəstək olmağa çağırdı.
Matçın başlamasına artıq bir saatdan az vaxt qalırdı. Futbolçular meydançada isinmə hərkətləri edirdi. Zaqatalalı fanatların ağsaqqalı olan İnqilab Sultanov isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla şirin-şirin söhbət edir, aprelin 18-də "Qarabağ"la matçdakı hakim səhvlərindən gileylənirdi. Ardınca isə əslən zaqatalalı olan Qurbanovu göstərib "Qurban bizim fəxrimizdi, Çixradze, başqaları gəldi-gedərdi. Bizə qalan Qurban olacaq" deyib, həmyerlisinə çempionluq yolunda uğurlar arzu etdi. Ardınca isə Məmmədovu mənə göstərib "bugünkü oyunun taleyini Məmmədovlar həll edəcək – Xaqani Məmmədov və Orxan Məmmədov" dedi.
İnqilab bəy həmçinin matçdan öncə bəzi fanatları çağırıb, onlara "Simurq" forması payladı. Matçın başlamasına bir neçə dəqiqə qalmış isə yerli fanklubun rəhbəri Maqsud Xeyrulla tribunadakı bütün azarkeşlərə səslənib hakimlərin komandanın əleyhinə qərar verməməsi üçün təzyiqdə saxlamalı olduqaların, həmçinin, top rəqibdə olarkən onlara uğultu ilə təsir etməli olduqlarını bildirdi. Maqsud bəy bu matçın komanda üçün ən vacib oyun olduğunu vurğulamaqla yanaşı, matçın Zaqatalanın gələcək taleyini də həll etdiyini bildirdi.
Hakimin start fiti ilə oyuna başlayan komandalar meydanda çox istəkli görünürdü. Bəri başdan qeyd edim ki, görüş çox maraqlı və gərgin mübarizə şəraitində keçdi. Hətta matçdan sonra qarşılaşmaya təyin olunmuş AFFA nümayəndəsi Şaiq Həmidov da neçə vaxtdı Azərbaycanda belə maraqlı oyun keçirilmədiyini bildirdi.
Qarşılaşmada ilk təhlükəli vəziyyət qonaqların qapısı önündə yaşandı. Namiq Yusifovun sürüşməsindən sonra topu ələ keçirən Draqan Çeran onu əlverişli mövqedə olan Marko Stanoyeviçə ötürsə də, serb furbolçu bu fürsətdən yararlana bilmədi. Ardınca isə matçda qalmaqal yaşandı. Belə ki, Tural Axundovun cinahdan qapı önünə ötürməsinə Samir Zərgərov toxuna bilməsə də, özünü yetirən Çeran toru silkələdi. Lakin qarşılaşmanın yan xətt hakimi Mehman Mahmudov ofsayd qərarı verdi. Elə bu an meydan sahiblərinin baş məşqçisi Georgi Çixradze və bir neçə futbolçu laysmanın üzərinə şığıdı. Köməkçilərinin olaya müdaxiləsindən sonra gürcü mütəxəssisi hakimdən ayıra bildilər.
Təbii ki, bu hadisəyə zaqatalalı fanatlar reaksiya verməyə bilməzdi. Onlar əvvəlcə matçı idarə edən hakimlər briqadasınının ünvanına təhqiramiz sözlər işlətdi, sonra növbəti hədəfləri Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov oldu. Belə ki, yerli tərəfdarlar “bu hakimləri oyunlara Xaqani təyin edir” deyib,“Xaqani – istefa” şüarlarını səsləndirdilər. Ardınca  isə AFFA da öz “payını aldı”. Onlar “AFFA – istefa” qışqıraraq futbol qurumuna da etirazlarını bildirdilər.
Zaqatalalıların etirazlarında nə qədər haqlı olduğunu demək çətindi. Əvvəlcə oyunun videoyazısına baxmaq lazımdı. “Simurq”un rəsmi saytı vasitəsilə göstərilən epizoda görə qəti qərar vermək olmur. Yan xətt hakimi yəqin ki, ötürməyə çatmaq istəyən Samir Zərgərova görə ofsayd qərarı verdi. Çünki Çeran daha arxada idi. İstənilən halda son sözü Peşəkar Futbol Liqasının operatorlarının təqdim edəcəyi görüntülərdən sonra deyə biləcəyik.
Fasilədən sonra Qurban Qurbanov Vüqar Nadirovu Reyanldoyla əvəzləməklə qələbə üçün meydana çıxdıqlarını nümayiş etdirdi. İkinci hissə yenicə başlamışdı ki, görüşün baş hakimi Orxan Məmmədov daha bir mübahisəli qərar qəbul etdi. Belə ki, topla irəliləyən Leroy Corc cərimə meydançasının xətti üzərində rəqib futbolçunun müdaxiləsindən sonra yerdə qalsa da, hakim “davam” qərarı Verdi.
İlk yarıda olduğu kimi fasilədən sonra da meydanda çox gərgin oyun getdi. Əlavə olunmuş dəqiqələrdə isə futbolçular arasında da mübahisə düşdü. Belə ki zaqatalalıların cərimə zərbəsindən vurduğu topu ağdamlıların qapıçısı İbrahim Şehiç tutarkən irəli çıxmış “Simurq”lu qapıçı Kapsa ilə toqquşdu və onların arasında mübahisə yaşandı. Lakin digər futboluların müdaxiləsinən sonra ara sakitləşdi. Bu, oyunda son yaddaqalan hadisə oldu. Baş hakimin final fiti “Simurq”un kubok yarışından kənarlaşmasını rəsmiləşdirdi.
Soyunub-geyinmə otağına yollanan zaqatalalı futbolşular çox əsəbi görünürdü. Qaşılaşma başa çatandan sonra foyedə duranlardan biri də bayaq haqqında bəhs etdiyim İnqilab Soltanov idi. Gözləri dolan İnqilab bəy Xaqani Məmmədovun və digərlərinin tapşırıqla işlədiyini iddia edirdi. O, həmçinin AFFA rəhbərliyinin bir dəfə də olsun Zaqatalaya gəlib futbola baxmadıqlarını və ümumiyyətlə, bu bölgənin yolunu belə tanımadığını deyərək iradını bildirirdi. Ona ən çox təsir edən məqamlardan biri isə rəsmilərin Qəbələyə, Lənkərana getməsi, “Simurq” “yiyəsiz olduğu üçün” Zaqatalaya gəlməməsi idi: “Qoy gələn mövsümdən AFFA-nın qarşısında bir stadion tikdirib Bakı çempionatı keçirsinlər”.
Komandalarının gələcəyi ilə bağlı narahat olan zaqatalalı fanatlar çox qəmgin və bir o qədər də əsəbi görünürdü. Onlar polislərin müşayəti ilə  stadiondan çıxan hakimlərə öz “ürək sözləri”ni deməkdən belə çəkinmədilər və Tofiq Bəhramova rəhmət oxudular.
ELMAR ABDULLA-ZADƏ, Bakı – Zaqatala – Bakı
Reklam

Reklam


blank
Müsahibə2024-05-16 16:45

Dabo “Qəbələ”yə görə məyusdur: “Onların getməsi yaxşı olmadı”

blank
Dünya futbolu2024-05-16 16:27

İstanbul derbisinin baş hakimi açıqlandı

blank
Dünya futbolu2024-05-16 16:10

Navas “Sevilya”dan ayrılır

blank
Dünya futbolu2024-05-16 15:55

Alleqri jurnalisti hədələyib: “Gəlib hər iki qulağını qoparacağam!”

blank
Digər idman növləri2024-05-16 15:40

AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

blank
Digər idman növləri2024-05-16 15:23

Olimpiada Parisə 10 milyarddan çox mənfəət gətirəcək

blank
Ölkə futbolu2024-05-16 15:15

“Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var” – “Kəpəz”in kapitanı

blank
Ölkə futbolu2024-05-16 15:01

“Sabah”ın məşqçisinə 5 oyunluq cəza

blank
Digər idman növləri2024-05-16 14:44

Millimizdən ilk oyunda qələbə

blank
Digər idman növləri2024-05-16 14:29

Ağdaşda xatirə turniri

blank
Premyer-liqa2024-05-16 14:14

AFFA Premyer Liqada əcnəbi VAR hakimləri olacağını təsdiqlədi

blank
Müsahibə2024-05-16 14:00

“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”

blank
Əvəzedicilər2024-05-16 13:43

Hakimi təhqir edən futbolçu 4 oyunluq cəzalandı

blank
Ölkə futbolu2024-05-16 13:29

“Turan Tovuz” hər mövqeyə futbolçu axtarır

blank
I Liqa2024-05-16 13:18

II Liqa klubları matç gec başladığına görə cərimələndilər

blank
Premyer-liqa2024-05-16 13:04

“Kəpəz”lə “Sabah”ın futbolçusuna sərt cəza

blank
I Liqa2024-05-16 12:49

Əliyar Ağayev I Liqada

blank
I Liqa2024-05-16 12:35

Azərbaycanlı futbolçuların oynadığı klublar üçün pley-off sınağı

blank
I Liqa2024-05-16 12:18

I Liqada çempion bu gün müəyyənləşə bilər

blank
Digər idman növləri2024-05-16 12:00

Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin yarımfinalında

blank
Dünya futbolu2024-05-16 11:42

Palmer Lemparda çatdı

blank
Ölkə futbolu2024-05-16 11:27

“Bayer”lə oyunlarda “Qarabağ”ın bəxti gətrmədi”

blank
Digər idman növləri2024-05-16 11:10

MBA-da ilk yarımfinalçı müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-16 10:55

Subaşiç Bojoviçə vaxt verilməsini istəyir: “Onu uğursuz saymaq olmaz”

blank
Dünya futbolu2024-05-16 10:37

La Liqa klubunda yeni müqavilə

blank
Digər idman növləri2024-05-16 10:19

Final seriyasının ilk oyunu

blank
Digər idman növləri2024-05-16 10:02

Azərbaycan yığması Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

blank
Dünya futbolu2024-05-16 09:45

La Liqada mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-16 09:27

Nadal “Rolan Qarros”la bağlı qərarını verdi

blank
Ölkə futbolu2024-05-16 09:09

Santos “Qəbələ”nin uğursuzluğunun səbəbini bilir: “Mövsümün əvvəlindəki dəyişikliklər…”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm