Bizi izləyin

Müsahibə

Tahir Süleymanov: “Neftçi” başlı-başına qalıb”

“Neftçi”də ağız deyəni qulaq eşitmir. Göz…

blank
“Neftçi”də ağız deyəni qulaq eşitmir. Gözlənilməz qərarlar, çempionatdakı uğursuzluğun nəticəsində Müşahidə Şurasının qəbul etdiyi qərarları heç cür anlamaq olmur. Bu ya məqsədli gedişdi, ya da qeyri-peşəkarlıq. Görəsən, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov necə düşünür? Flaqmanda baş verənlər Tahir bəyi də təəccübləndirirmi?
Sullarımızı cavablandıran Süleymanov maraqlı məqamlarla toxunmaqla yanaşı, Müşahidə Şurasında yer alan təcrübəsiz şəxslərə öz məsləhətlərini də verdi:
– Son vaxtlar “Neftçi”də gözlənilməz qərarların qəbul olunması ciddi müzakirələrə yol açıb. Ümumiyyətlə, paytaxt təmsilçisində başverənlər kənardan necə görünür?
– “Neftçi”də köhnə sistem artıq bitib. Qıraqdan sezilən budu ki, yeni sistem hələ qurulmayıb. Bu da komandaya, nəticələrə öz mənfi təsirini göstərir. Müşahidə Şurasının bir qərar verib, sonra isə onu dəyişməsi gələcəyə ümid vermir. Loqo oyunları və s. məsələləri ortaya atmaqdansa, ciddi bir iş görmək lazım idi. Müşahidə Şurasının sədri Çingiz Abdullayev dediklərini praktiki cəhətdən yerinə yetirməlidi. Nəzərə alaq ki, ay yarımdan sonra bakılılar Avropa Liqasında mübarizəyə qoşulacaq. Komandanın güclənməsi yönündə işlər görülməlidi.
– Tahir bəy, “Neftçi”nin loqosunun dəyişilməsi ilə bağlı klub tərəfindən müzakirələr başladılsa da, ictimiayyətin fikri öyrənilsə də, sonradan bu məsələ reallaşmadı. Sizcə, ictimai qınaqdan çəkindilər, yoxsa bunun başqa bir səbəbi vardı?
– Artıq ilk gündən bilinirdi ki, “Neftçi”yə təyin olunan yeni şəxlər proqramsız gəliblər. Göydəndüşmə bir hadisə baş verdi və “Neftçi”yə gəldilər. Müşahidə Şurasında Səməd Qurbanov, Mübariz Zeynalov kimi uzun illər futbolun içində olan şəxslər var. Eyni zamanda idman direktoru kimi gətirilən Vəli Qasımov da uzun illərdi bu sahədədi. İlk növbədə hörmət etdiyimiz bu şəxslər məsuliyyəti öz üzərinə götürməlidi. Digərləri maksimum 3-5 ildi futboldadı. Buna görə onların futbolda ciddi addım atması mümkün deyil. Mən sizə bir sual verim: “Barselona”nın, “Bavariya”nın, Madrid “Real”ının mühafizə xidmətinin rəhbərini tanıyırsız?
– Xeyr.
– Niyə?
– Çünki daha çox futbol ilə maraqlanıram, nəinki onların mühafizə xidmətləri ilə…
– Onda belə bir sual verim: Bakı “İnter”i, “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ”nin mühafizə xidmətlərini tanıyırsızmı?
– Şəxsi tanışlığım olmasa da, həmin vəzifədə çalışanların kimliyini bilirəm.
– Bu gün “Neftçi”də komanda qalıb bir tərəfdə, rəhbər şəxs mühafizə xidmətinin rəhbərini, sürücünü ictimaiyyətə təqdim etməklə məşğuldu. Bu, doğru bir şey deyil. Bu, futbolu bilməməyin göstəricisidi.
– Bəs, sizin fikrinizcə, Müşahidə Şurasında yer alan şəxslərdən hansı rəhbər olmalı idi?
– Çingiz Abdullayevin yerinə heç kimi gətirmək lazım deyil. Ona yazıçı, ziyalı, bir insan kimi kömək etmək lazımdı. Çünki bu insan futbola təzə gəlib və hiss olunur ki, bu sahəni sevir. Özü də qeyd etdiyi kimi, peşəkarlarla çalışacaq. Məsuliyyəti öz üzərinə götürə biləcək şəxslər bu işin altına girməlidi. Abdullayev nə idman direktorunun, nə də baş məşqçinin yerinə işləyəsi də deyil. Öz fikirlərini mətbuata açıq şəkildə bildirir. Deyilir ki, “Neftçi” İsmət Qayıbov adına stadiona köçür. Hara köçür? Vaxtı ilə yeni layihə quruldu, işlər başlanıldı. Sadəcə, müəyyən maliyyə böhranı ilə əlaqədar işlər yarımçıq qaldı. Bazada işlər başlasa, ən yaxşı halda 1,5 və ya 2 ildən sonra orya köçə bilər. Amma bu gün gündəmi zəbt edib ki, “Neftçi” İsmət Qayıbov stadionuna köçəcək. Hara köçəcəklər? Orada palatka şəhərciyi quracaqlar? Bunlar qeyri-ciddi fikirlərdi. Vaxtı ilə biz müasir tələblərə cavab verməyən bazada dilimizə belə gətirmirdik, amma tarixi uğurlar qazandıq. Sakitcə layihəni ortaya qoyduq və İsmət Qayıbov stadionunda işlər başlanıldı. Sadəcə, dediyim səbəblərdən çalışmalar yarımçıq dayandırıldı. Bunun davamını gətirmək lazımdı. Ancaq bu məsələlərlə gündəmi zəbt etmək də lazım deyil. Və yaxud da Avropa stadionlarında poz verib, şəkil çəkdirməklə “Neftçi” inkişaf etdirilə bilməz.
– Necə düşünürsüz, “Neftçi”nin çempionluq yarışından uzaq düşməsi, gözünü yalnız ölkə kubokuna dikməsi sırf futbolçuların günahıdımı?
– Qətiyyən! Komandada 9 nəfər oynayır, ikisi oynamırsa bu, artıq o iki futbolçunun günahıdı. Yox əgər 2 nəfər oynayır, 9-u oynaya bilmirsə, bu, artıq komandanın problemidi. Komanda ümumi şəkidlə zəif oynayırsa, futbolçuları qınaq obyektinə çevirmək olmaz. Çünki komandanın məşqçilər korpusu, idman və icraçı direktoru var. Bu baxımdan deyirəm ki, fikirləri loqo oyunlarına yönəltməkdənsə, ciddi işlər görmək lazımdı. “Neftçi” başlı-başına qalıb, komdanın müdafiəçiləri yoxdu. Karlos Kardozo, Nikolas Kanales qırmızı vərəqə alır. Həmin vərəqələrin haqlı və ya haqsız olmasını müzakirə etmirəm. Elvin Yunuszadə əvəzedici komandaya göndərilir və “İnter”in qarşısına iki təcrübəsiz gənc mərkəz müdafiəçisi ilə çıxırlır. Belə olan halda komandanın qapısından 4 top buraxması təbiidi. Hiss olunur ki, qərarlar düzgün vaxtlarda verilmir. Bu fikirləri söyləməklə “Neftçi”ni tənqid etmək fikrində deyiləm. Əksinə, bu komanda hər birimizindi. Fikirlərimi ölkə futboluna, “Neftçi”yə kömək məqsədi ilə səsləndirirəm ki, bu tipli məsələlərdə yüz ölçüb, bir biçsinlər. Həvəskar qərarlarla "xalqın komandası"na zərbə vurulmamalıdı. Bir daha qeyd edim ki, ay yarımdan sonra “ağ-qaralar” Avroliqda çıxış edəcək və hədəf qruplardı. Nəzərə alaq ki, ötən mövsüm Avroliqanın pley-off-una qədər gəlməyi biz özümüz üçün uğur saymadıq.
– Bu gedişlə “Neftçi”nin Avropa səhnəsində uğurlu çıxış edəcəyi nə qədər real görünür?
– Təki Avropada uğur qazansın. Ancaq bu, mümkün deyil. Həqiqi mənada heyətdə dəyişikliklər etmək lazımdı. Bu dəyişikliklər Elvin Yunuszadə, Mirhüseyn Seyidovla başlayıbsa, bu, anlaşılan deyil. Sözügedən futbolçular ilk dəfə Avropliqanın qrup mərhələsində iştirak etməklə Azərbaycan futbolunun tarixinə adlarını qızıl hərflərlə yazdırıblar. Maraq üçün bildirim ki, Elvinin müqaviləsi artıq başa çatır. Qaydalalara əsasən, futbolçu müqaviləsinin başa çatmasına 6 ay qalmış digər klubla danışıqlar apara və müddət başa çatdıqdan sonra o komandaya keçə bilər. Qeyri-peşəkar qərarlar ümumiyyətlə, başadüşülən deyil. Müqaviləsi başa çatan futbolçunu transferə necə çıxarırlar? Bütün bunlar hamısı onu göstərir ki, “Neftçi”də pərakəndəlik var. Bu gün onların yaşı 30-u keçməyib ki, onlar gənc futboçulardı. Hər futbolçunun günahı ola bilər. Klub rəhbəri də ona görə var ki, belə məsələləri müsbət sonluqla bitirsin. Kəsib atmaqla iş bitmir. Bu futbolçular “Neftçi”nin yetirmələridi və daim digər komandaların “Neftçi”nin yetirmələrinə ehtiyacı olub. Belə çıxır ki, artıq siyasət dəyişib, indi “Neftçi”nin başqa komandaların yetirmələrinə ehtiyacı olacaq. “Neftçi”nin ruhunu 10-12 yaşında hiss edən futbolçular arxasınca uğurlara aparıb.
– Misal üçün…
– Rəşad Sadıqov neçə ildi ki, “Qarabağ”dadı. Hans-Yurgen Gedenin vaxtında flaqmandan haqsız şəkildə uzaqlaşdırıldı. Ağdam klubunun kapitanı olsa da, heç vaxt “Neftçi”ni “Qarabağ”dan ayırmayıb. Çünki flaqmanın yetirməsidi. Bayaq da qeyd etdiyim kimi, uzun illərdi futbolun içində olan Vəli Qasımov, Mübariz Zeynalov və Səməd Qurbanov məsuliyyəti öz üzərinə götüməlidi. Onlar imkan verməli deyil ki, Müşahidə Şurasında 1-2 ildi futbola gələnlər səhv addımlar atsınlar. Çünki onların futbolu dərindən bilməsi mümkün deyil. Buna illərin təcrübəsi lazımdı. Onlara qulaq asılmamalıdı. Nəzərə alaq ki, vaxtı ilə bizə verilən şansdan maksimum yararlanmışdıq. Bütün məsuliyyəti Çingiz bəyin üstünə atmaq lazım deyil. Bu insana “Neftçi”nin artıq Avroliqaya vəsiqə qazandığı barədə məlumat verilmir. Hiss olunur ki, informasiya qıtlığı var. “Neftçi”də aşbaz işdən çıxarıldı, xadiməçilər getdi, təzə sürücü gəldi – bütün bunlar qeyri-ciddi söhbətlərdi. Bu, futbol klubudu. Nəzərə almalıdılar ki, vaxtı ilə biz “Neftçi”yə gələndə flaqman 5-6 yerdə idisə, bu şəxslər indi çempion komandaya gəliblər.
– Qeyd edirsiz ki, Müşahidə Şurasında futboldan anlayışı olan şəxslər məsuliyyəti öz üzərinə götürməlidi. Bəlkə, onlar kiminsə diqtəsi ilə hərəkət edir?
– İnanmıram ki, bu vəzifələr formal xarakter daşısın. Əgər belədisə, bu şəxslər özünə hörmət edib, “Neftçi”də qalmamlıdı.
– Söylədiklərinizdən belə başa düşdüm ki, Müşahidə Şurası müəyyən məsələlərdə qərar verməkdə tələsdi. Mövsümün başa çatmasını gözləməli, ondan sonra müəyyən addımlar atılmalıydı…
– Mövsümün sonuna az qalmış “Neftçi”də mühafizə xidmətindən başlayıb, paltaryuyandan qurtarmalı deyildilər. Bütün bunlar hamısı kluba öz mənfi təsirini göstərməkdədi. Arif Əsədovun üstünə çox getmək də lazım deyil. Ötən il çempionluq iddiasından çəkildikdən sonra “Simurq”la matça əsas heyət oyunçularını göndərmədik. Heç baş məşqçini də getməyə qoymadıq. Qış fasiləsindən sonra bu klubda iddialar azaldı. Əvvəlcə 2-ci, daha sonra isə 3-cü pillə uğrunda mübarizə apardılar. Halbuki, “Neftçi” üçün 2-ci yerlə sonuncu yerin heç bir fərqi yoxdu. Çünki bakılılar hər zaman çempionluğa oynayıb. Komandanın Avroliqaya vəsiqəsi təmin olunub, artıq ölkə kubokunu fikirləşmək lazım idi. Təəssüflər olsun ki, “Neftçi” 2-3-cü yer arxasınca qaçmaqla neçə zədəli, cəzalı futbolçu qazandı. Sözsüz ki, bu da final matçında “Neftçi”yə mənfi təsir edə bilər. Müşahidə Şurası qışdan sonra strateji baxımdan çox səhvə yol verdi.
– Bundan sonra Müşahidə Şurasının qəbul edəcəyi hansı qərar sizdə təəccüb doğurar?
– Artıq təəccüb doğurur. Birincisi Müşahidə Şurasını “Neftçi” yaratmadı. AFFA-nın İcraiyyə Komitəsinin qərarıdı və buna uyğun da qərarın tətbiqi “Neftçi”dən başlanıldı. İstədiyimiz də budu ki, uğurlu olsun. Gözləyirdim ki, Müşahidə Şurasının ilk qərarı loqo ilə yox, İsmət Qayıbov adına stadionda bazasının inşasıyla bağlı olsun. Gözləyirdim ki, qəti qərar qəbul olunsun və sponsorlar qarşısında məsələ qaldırılsın. İkinci qərar isə komandanın qarşısına vəzifə qoyulsun ki, yaxın 1-2 il ərzində “Neftçi” Çempionlar Liqasının qrupunda oynasın. Və bu yöndə işlər aparılsın. Bax bu, məndə təəccüb doğurmazdı. Təəssüf ki, bu məsələlərin əvəzinə loqo, mühafizə, fəhlə oyunları başlandı.
– Maraqlıdı ki, “Neftçi”nin sabiq çalışdırıcısı Böyükağa Hacıyev flaqmandakı durumu şərh edərkən “Məndən sonra bu komandaya ya Mouriniyo, ya da Qvardiola gəlməliydi” statını işlədib. Bəlkə Tahir Süleymanov da geri qayıtmalıdı?
– Hər bir şəxsin fikrinə hörmətlə yanaşıram. Böyükağa bəy də onu bildirmək istəyib ki, “Neftçi” öz iddiasını davam etdirməlidi. Bir qədər əvvəl bildirdim ki, bu komandada cəzalı və zədəli futbolçuların sayı çoxalıb. Belə durumda Müşahidə Şurası komandanın fiziki hazırlıq üzrə məşqçisinin və həkimlərin hesabatını tələb etməlidi. Nəzərə alaq ki, indi çempionatda elə də ciddi rəqabət, mübarizə yoxdu. Halbuki, bizim vaxtımızda 5-6 klub iddialı idi. O dönəmdə bu qədər zədəli futbolçu yox idisə, indi bu hardan qaynaqlanır? Buna görə də hesabat tələb olunmalıdı. Görəsən, cəzalıların sayı niyə çoxdu? Futbolçu meydana hazır vəziyyətdə çıxmırsa ya intizamsızlıqla, ya da fiziki göstəricilərinin aşağı olmasına görə qırmızı vərəqə alır. Bu yöndə tələblər olmalıdı. İstəyim budu ki, fikirlərimi xoş və səmimi qəbul etsinlər. Bunlar tənqid deyil. Biz bəyənilməyən bazada bu qədər tənqidlərin fonunda uğur qazanmışdıq. Bu fikirləri sırf kömək məqsədi ilə səsləndirirəm.
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Digər idman növləri2024-04-26 12:42

Formula 1 tarixinin ən böyük konstruktoru komandadan gedir

blank
Ölkə futbolu2024-04-26 12:25

Mahir Emrelidən milliyə dəstək, Hidayət Heydərova hədiyyə

blank
Müsahibə2024-04-26 12:11

Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”

blank
Dünya futbolu2024-04-26 11:54

Stadionun yanında bomba tapıldı

blank
Dünya futbolu2024-04-26 11:39

Dünyanın 10 ən yaxşı qapıçısı

blank
Ölkə futbolu2024-04-26 11:24

AFFA “Neftçi”nin istəyini rədd etdi

blank
Digər idman növləri2024-04-26 11:07

Embiidin 50 xalı Filadelfiya komandasını seriyada önə çıxartdı

blank
Digər idman növləri2024-04-26 10:50

“Real” fərqi artırdı

blank
Digər idman növləri2024-04-26 10:32

Zaqrebdə növbəti sınaqlar

blank
Ölkə futbolu2024-04-26 10:17

Samir Abasov Laporta ilə görüşdü

blank
Digər2024-04-26 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-26 09:42

Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir

blank
Digər idman növləri2024-04-26 09:25

“Ferrari” ilə HP arasındakı müqavilənin dəyəri

blank
Ölkə futbolu2024-04-26 09:08

“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”

blank
Digər idman növləri2024-04-26 08:51

Basketbolçular məktəbdə sorğu-suala tutuldu

blank
Dünya futbolu2024-04-26 08:34

Muslera milli karyerasını başa vurdu

blank
Dünya futbolu2024-04-26 08:17

Musa Qurbanlı oynamadı, komandası uduzdu

blank
Ölkə futbolu2024-04-26 08:00

Juninyo – Avropanın ən yaxşı braziliyalısı

blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm